Bakı. Günaydın:
ABŞ prezidenti Donald Tramp Kanada və Meksikadan üçtərəfli
ticarət sazişinə daxil olan mallara 25 faizlik idxal rüsumunun
tətbiqinin aprelin 2-dək təxirə salınması barədə sərəncam
imzalayıb. D.Tramp qeyd edib ki, bu tarixdən sonra belə güzəştlər
olmayacaq.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə jurnalistlərə
bildirib.
<!—->
<!––>
“Böyük hadisə aprelin 2-də, cavab tariflərinin tətbiq ediləcəyi
vaxt baş verəcək”, – deyə o bildirib. ABŞ prezidenti əlavə edib ki,
həmin tarixdən sonra ABŞ Amerika məhsullarına tətbiq etdiyi
tariflərə uyğun olaraq digər ölkələrdən gələn mallara da rüsumlar
tətbiq edəcək.
O qeyd edib ki, administrasiyası rüsumların tətbiqi ilə bağlı
əlavə gecikmələr və ya düzəlişlər planlaşdırmır. Onun sözlərinə
görə, yeganə istisna avtomobil sənayesi olub – bir gün əvvəl
müvafiq malları 30 gün müddətinə əlavə rüsumlardan azad edən fərman
imzalanıb.