Bakı. Günaydın:
8 Mart – Beynəlxalq Qadınlar Günü Yelo Bank-da özünəməxsus
tərzdə qeyd edilib. Bank, artıq ənənə halını almış musiqili
tədbirlər sırasına daha bir möhtəşəm gecəni əlavə edərək,
qonaqlarına unudulmaz bir axşam yaşadıb.
Bankın Baş ofisində keçirilən “Baharmoniya” adlı konsertin
ifaçıları tanınmış pianoçu Vurğun Vəkilov və ölkəmizi
Avroviziya-2019 müsabiqəsində təmsil etmiş müğənni-gitaraçı Çingiz
Mustafayev olub. Onların möhtəşəm performansı auditoriyanı valeh
edərək, zalda unudulmaz bir atmosfer yaradıb. Vurğun Vəkilovun
yerli və dünya klassiklərini özünəməxsus tərzdə ifa etməsi, Çingiz
Mustafayevin isə enerjisi və səsi ilə gecəni zirvəyə daşıması
tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Konsert
Yelo Bank və Cult Baku Club platformasının birgə təşkilatçılığı ilə
baş tutub.
Yelo Bank hər zaman korporativ mədəniyyətə innovativ yanaşaraq,
sənət və incəsənətin dəstəklənməsinə xüsusi önəm verir. Bankın Baş
ofisinin 400 nəfərlik tədbir zalı indiyədək bir çox mötəbər musiqi
axşamlarına ev sahibliyi edib. Burada xalq artisti Fidan Hacıyeva
və onun qadınlardan ibarət ilk kamera orkestri “Mezzo”, əməkdar
artist Şahin Növrəsli və onun triosu, Azərbaycan Dövlət Akademik
Filarmoniyasının kamera orkestri, tanınmış pianoçu İsfar Sarabski
və vokal ifaçı Elnur Hüseynov səhnə alıb.
<!—->
<!––>
Yelo Bank gələcəkdə də yerli və beynəlxalq mədəni irsin
təbliğinə dəstək olmağa və incəsənət tədbirlərini ənənə halına
gətirməyə davam edəcək.
Yelo Bank-dan debet
kart ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!