Bakı. Günaydın:
Argentinanın Buenos-Ayres əyalətinin cənubunda baş verən
daşqınlar nəticəsində azı 6 nəfər ölüb, 1000-dən çox insan təxliyə
edilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə X sosial şəbəkəsində Baiya-Blanka şəhərinin meri Federiko
Susbelıes məlumat verib.
<!—->
<!––>
Merin sözlərinə görə, ziyan görən yaşayış məntəqələrinə 300 mm
yağıntı düşüb.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əraziyə
əyalət və federal qüvvələri cəlb edilib.