Bakı. Günaydın:
Azərbaycan cüdoçusu Xorvatiyanın Poreç şəhərində keçirilən
yeniyetmələr arasında Avropa Kubokunda qızıl medal qazanıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, 52 kq
çəki dərəcəsində tatamiyə çıxan idmançı müvafiq olaraq 1/16 finalda
İsveçrə, 1/8 finalda Bosniya-Herseqovina, 1/4 finalda Kanada və
yarımfinalda İsveçdən olan rəqiblərini üstələyərək adını finala
yazdırıb.
<!—->
<!––>
Həlledici görüşdə Moldova cüdoçusu Aleksendra Çironu məğlub edən
Aysun Məmmədova millimizin aktivinə ilk medalı yazdırıb.
Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəcəsində 14 qız
idmançı ilə təmsil olunur. Avropa Kubokunda 37 ölkədən 813 idmançı
iştirak edir.