Bakı. Günaydın:
Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq
rəhbəri Səlçuk Karakılıç Trend İnformasiya Agentliyinin suallarını
cavanlandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Səlçuk bəy, beş il Türkiyənin Yunus Əmrə İnstitutunun
Bakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərmisiniz.
Azərbaycanla bağlı təəssüratlarınızı eşitmək istərdik.
– Mən Azərbaycana böyük sevgimi, sədaqətimi dəfələrlə
bildirmişəm. İlk növbədə onu deyim ki, Azərbaycan mənim üçün
sıradan bir ölkə deyil. Azərbaycana xüsusi bir sevgim var.
Qısaca Azərbaycan mənim ürəyimdəki şah damarıdır. İnsan şah
damarı olmadan yaşaya bilməz. Azərbaycan xalqı və dövləti
bir-birinə diqqətli və qayğıkeşdir. Mən öz adət-ənənələrinə,
tarixinə və mədəniyyətinə sadiq cəmiyyətdən danışıram.
Təbii ki, bu cəmiyyəti yüksək səviyyədən idarə edən və qoruyan
böyük dövlət siyasəti var. Azərbaycan dövləti öz məsələlərini yaxşı
bilən, yüksək zəka və ağılla həll yollarını tapan, beynəlxalq
məsələləri, tarixi məsələləri unutmadan yaşatmaqla birinci dərəcəli
diplomatiya aparan dövlətdir. Bəzilərinin fikrincə, Azərbaycan
kiçik dövlətdir. Nəyə və kimə görə kiçikdir?
Məncə, Azərbaycan böyük siyasətə, ideallara malik dövlətdir. 25
ildən sonra Azərbaycan Qafqazda və Türk Dünyasında çox önəmli bir
yer tutacaq. Hadisələrin inkişafı bunu göstərir. Azərbaycanda
yaşadığım beş il həyatımın ən gözəl illəri olub. Mən Bakıda
yaşamağı çox istəyirəm. Türkiyə ilə Azərbaycan arasında yüksək
strateji mədəni və elmi şəbəkənin qurulmasında fəaliyyətimə davam
etmək istəyirəm.
Bu səbəbdən indi də Türkiyə, Azərbaycan və Türk Dünyası üçün
çalışıram.
Yaşasın böyük Türk Milləti!
Yaşasın böyük Azərbaycan!
Yaşasın böyük Türkiyə!
– Yunus Əmrə İnstitutun Bakı nümayəndəsi kimi ölkəmizdə
Türkiyənin təbliğatı üçün bir çox layihələr etdiniz. İki qardaş
ölkə arasında mədəniyyət sahəsindəki töhfəniz haqqında
danışmağınızı istərdik.
– Mədəniyyət bir millətin vitrinidir. Bir cəmiyyəti, xalqı və ya
milləti onların mədəni vitrinləri vasitəsilə tanıyırsınız. Türkiyə
və Azərbaycan ortaq mədəniyyətin və millətin üzvləridir.
Lakin coğrafiya və tarixin bizi bir-birindən ayırdığı vaxtlarda
mədəni fərqliliklərimiz və müxtəlifliklərimiz olub. Biz
müxtəlifliyimizi sevdirmək və təbliğ etmək üçün xüsusi səy
göstərməliyik. Çünki Türkiyə-Azərbaycan bu gün siyasi cəhətdən çox
güclüdür, lakin siyasəti, ticarəti və bütün şərtləri
layihələndirəcək və birləşdirəcək üst körpü ortaq
mədəniyyətimizdir. Mədəniyyət və elm adamlarının yüksək və orijinal
əsərlər ortaya qoyması və bunu iki ölkənin gələcəyinə sərmayə
qoyaraq davam etdirməsi bütün inkişafların başında olmalıdır.
Türkiyə və Azərbaycan təkcə qardaş ölkələr deyil, həm də strateji
müttəfiqlərdir. Amma mən bunu daha çox strateji mədəni müttəfiq
kimi şərh edirəm. Azərbaycan Qafqazda güclü siyasətə malikdir.
Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan öz tarixi
idealları istiqamətində addımlar atmağa başlayıb. Qərbi
Azərbaycanın regionda və dünyada tarixi və siyasi müzakirəsinə yol
açdı. Zəngəzur dəhlizinin açılması üçün diplomatik təşəbbüslər
edir. Bunu mədəniyyətin və tarixinin üzərinə qoyduğu məsuliyyətə
əsaslanaraq edir. Gücünü özündən, öz mədəniyyətindən alır. Görünür
ki, mədəniyyət və tarix bir xalqın siyasətini, ticarətini, ordusunu
və bütün həyatını formalaşdırır.
Ona görə də böyük Azərbaycan mədəniyyətinin 25 ildən sonra öz
regionunda böyük dövlət olacağını proqnozlaşdırıram. Azərbaycanda
fəaliyyət göstərdiyim beş il ərzində Türkiyə mədəniyyətini
Azərbaycanda tanıtmağa çalışdım. Azərbaycanın yüksək səviyyəli
incəsənət və elm adamları, media mənsubları ilə ciddi dostluq
əlaqələri quraraq Türkiyəni təmsil etdim. Mən hesab edirdim ki, hər
bir azərbaycanlı qardaş Türkiyənin yüksək sənətini, elmini yaxından
tanımalı, Türkiyə ilə birgə iş görməlidir.
Türkiyənin yüksək səviyyəli sənət adamlarını, elm adamlarını
Azərbaycanın dəyərli və mehriban, dünya səviyyəli sənətçiləri və
elm adamları ilə bir araya gətirməyə çalışdım. Onları bir-biri ilə
dostlaşdırmağa çalışdım. Çünki səmimi və həqiqi dostluqlar
qurulanda ölkələr arasında ünsiyyət, qarşılıqlı əlaqə yüksək
səviyyədə olur.
<!—->
<!––>
Azərbaycan-Türkiyə münasibətləri hər zaman önəmli olub. Lakin
qəhrəman Azərbaycan ordusunun şanlı Qarabağ Qələbəsindən sonra bu,
daha strateji münasibətə çevrildi. Qarşımızda tarixi fürsət var.
Azərbaycanın qəsb olunmuş tarixi hüquqları əldə edilməli və
Azərbaycan vasitəsilə regionda sülh bərqərar edilməlidir. Türkiyə
Azərbaycanla birlikdə Türk Dünyasında nüfuzunu artırmalı, böyük
Türk Ailəsini hər sahədə dəstəkləməli, dil və mədəniyyət birliyini
təmin etməlidir. Mədəniyyət və torpaq oğrularına qarşı diqqətli
olmaqla tarixi hüquqlarımızı qoruduğumuz kimi, üçüncü dövlətlərin
xaotik manevrlərinə yol vermədən gələcəyimizi də qurmalıyıq.
Azərbaycan və Türkiyə bu sahədə yüksək təcrübələri ilə Qafqazda
sülhü bərqərar edəcək, Böyük Türk Ailəsini birlikdə quracaqlar.
– Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələri necə
qiymətləndirirsiniz? Bu sahədə nə kimi layihələriniz
var?
– Prezidentlərimiz cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham
Əliyev arasında çox xüsusi münasibət var. Təbii ki, bu, qardaşlıq
qanununun yüksək rəmzidir. Hər iki lider nəyi, harada və necə
edəcəyini çox yaxşı bilirlər. Mədəniyyət nazirliklərimiz,
səfirliklərimiz, mədəniyyət mərkəzlərimiz və bir çox başqa qurumlar
vasitəsilə Türkiyə ilə Azərbaycan arasında ortaq proqramlar həyata
keçirilir. Bildiyiniz kimi, mən Azərbaycanda ədəbiyyat, kino,
teatr, musiqi, moda, rəssamlıq kimi bir çox sahədə Türkiyəni mədəni
şəkildə təbliğ edən proqramlar hazırlamışam.
Mən ölkənin ən görkəmli rəssamları, rejissorları, aktyorları,
yazıçıları, şairləri, jurnalistləri, müğənniləri və modelyerləri
ilə birlikdə Azərbaycanın ən nüfuzlu mədəniyyət məkanlarında
fəaliyyət göstərmişəm. Türkiyənin tanıdılmasında mühüm rol oynadım.
Eləcə də azərbaycanlı sənət adamlarının, elm adamlarının
Türkiyədəki fəaliyyətlərini dəstəkləyərək Azərbaycanı yüksək
səviyyədə tanıtmağa çalışdım.
– Bundan sonrakı fəaliyyətiniz haqqında bilmək
istərdik.
– Vəzifə heç vaxt bitmir! Təbii ki, Azərbaycanı, Türk Dünyasını
sevgi ilə sevən, Böyük Türk Ailəsini düşünən insanın vəzifəsi heç
vaxt bitmir. Azərbaycanın Türkiyənin mədəniyyət dairələrində daha
çox tanınması üçün çalışmağı planlaşdırıram. Mən hər mənada
Azərbaycanın Türkiyədə tanıdılması, onun mədəniyyətinin, tarixinin
türk cəmiyyətinə yüksək səviyyədə tanıdılması istiqamətində ciddi
işlər görməyi düşünürəm. Mən Türkiyə və Azərbaycanın strateji
mədəni müttəfiqliyinə böyük əhəmiyyət verirəm.
– Azərbaycan sizin üçün nə deməkdir? Burada sizi ən çox
nə təəccübləndirdi? Nələr xoşunuza gəldi? Hansı təcrübələri əldə
etdiniz?
– Bir az öncə dediyim Azərbaycan mənim ürəyimdəki şah damarıdır.
Bu sadə söz deyil. Ürəkdən gələn sevgi əlamətidir. Azərbaycan xalqı
dünyanın ən mədəni, ən ləyaqətli xalqıdır. Xeyirxah və nəzakətli
insanlar mənim üçün dəyərlidir. Azərbaycan xalqının öz
adət-ənənələrindən gələn bir xeyirxahlığı var. Onlar çox
diqqətlidirlər. Azərbaycan xalqı insani münasibətlərdə diqqətə
böyük önəm verir. Onların öz ənənələri, tarixləri və mədəniyyətləri
ilə sıx bağlı olması da mənim üçün çox vacib idi. Çünki insanları
olduğu kimi cəmiyyətləri də yaradan ənənələrdir.
Bilirsinizmi, mən Azərbaycanı o qədər səmimi və ürəkdən sevirəm
ki, bu sevgidə cənab Prezident İlham Əliyevin də rolu böyük oldu.
Azərbaycanla bağlı hər şeyə aşiq olmuşam, hətta uşaq vaxtı da
sevmişəm.
Azərbaycan mənim həyatımda böyük iz buraxdı. Birincisi, mənə
daha sakit yaşamağı və özümə vaxt ayırmağı öyrətdi. Nə olursa
olsun, azərbaycanlı qardaşlarımız özlərinə vaxt ayırır, özlərinə,
dostlarına, yaxınlarına dəyər verirlər. Özünə vaxt ayırmaq gözəl
şeydir! Mən bunu Azərbaycanda başa düşdüm. İkincisi, yüksək bədii
zövqə malikdirlər. Onlar kinoya, konsertə, teatra baxmağa gedəndə
toya gedirmiş kimi zövqlə geyinirlər.
Bu yüksək mədəniyyət Azərbaycan xalqının öz mədəniyyətindən
qaynaqlanır. Azərbaycanlılar yüksək bədii zövqə malik dünyanın
birinci dərəcəli insanlarıdır. Zövqlü, mədəni insanlarla yaşasanız,
bütün həyatınız dəyişəcək, gözəlləşəcək. Azərbaycan mənim həyatımı
rəngləndirdi, bir günəş şüasından daha çox ürəyimi isitdi.
– Azərbaycanda fəaliyyət göstərməyiniz sizə nələri
qazandırdı?
– Azərbaycanda nazirlər, millət vəkilləri, dövlət qulluqçuları,
yüksək səviyyəli sənət adamları, elm adamları ilə çox yaxın
münasibətlərim olub. Hamısı ilə yaxın dost oldum. Deyə bilərəm ki,
mən azərbaycanlının necə düşündüyünü, onu sevindirən və ya nəyin
kədərləndirdiyini bilirəm. Axı hər şey səni tanımaqdan başlayır.
Türk ədəbiyyatının məşhur hekayəçilərindən olan Sait Faiq
“Yalnızlıq dünyanı bürüdü. Sevmək, hər şey insanı sevməkdən
başlayır” deyir. Bu deyimi belə dəyişirəm: “Burada Azərbaycanda hər
şey bir insanı sevməkdən başlayır. Azərbaycan isə insanı əbədiyyətə
qucaqlayır!..” Azərbaycan xalqı mənə yenidən sevməyi, dəyər
verməyi, xeyirxahlığı öyrətdi. Başa düşdüm ki, bütün çətinliklərə
baxmayaraq, həyat hələ də gözəldir.
Bu, şübhəsiz ki, mənə Azərbaycan xalqının, sənətkarının,
mədəniyyətinin xeyir-duası idi.
Çox sağ olun, əziz Azərbaycan!
Çox sağ olun, əziz Azərbaycan xalqı!