Bakı. Günaydın:
Cari ilin yanvar ayında Azərbaycana 9,6 milyon ABŞ dolları
dəyərində tütün və tütünün sənaye əvəzediciləri gətirilib.
Trend-in
Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, tütün idxalı
ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyon ABŞ dolları, yaxud
da 16% çoxdur. Belə ki, ötən ilin ilk ayında Azərbaycana idxal
olunan tütün və tütünün sənaye əvəzedicilərinin dəyəri 8,3 milyon
ABŞ dolları idi.
Bununla yanaşı, ötən ay Azərbaycandan xaricə 1,6 milyon ABŞ
dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac
edilib ki, bu da, illik müqayisədə 1 milyon ABŞ dolları və ya 40,8%
azdır. 2024-cü ilin yanvarında Azərbaycandan ixrac olunan tütün və
tütünün sənaye əvəzedicilərinin dəyəri 2,6 milyon ABŞ dolları
olub.
Hesablamalardan məlum olur ki, yanvarda Azərbaycanın tütün
idxalı ixracını 8,1 milyon ABŞ dolları və ya 6,2 dəfə
üstələyib.
<!—->
<!––>
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət
dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib. Bu
göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ
dolları və ya 70,5% çoxdur.
Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5
milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illik
müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910
milyon dollar və ya 79,7% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət
saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya
40,7% çoxdur.