Bakı. Günaydın:
Belçikanın müdafiə naziri Teo Franken fəaliyyətdən dayanmış Audi
avtomobil zavodunda silah istehsalını təşkil etmək planlarını
açıqlayıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə “Belga” agentliyi məlumat yayıb.
<!—->
<!––>
“Belçikanın müdafiə naziri Teo Franken Vorstda bu yaxınlarda
bağlanmış Audi zavodunu müdafiə istehsalına çevirmək planlarını
açıqlayıb. O, gələn həftə müdafiə sənayesi rəsmiləri ilə birlikdə
əraziyə baş çəkməyi planlaşdırır”, – agentlik bildirir.