Bakı. Günaydın:
Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində
təhsil almalarına dair Dövlət Proqramı təhsilin doktorantura
səviyyəsini də əhatə edəcək.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar imzalayıb.
<!—->
<!––>
Qərara əsasən, proqram iştirakçılarının doktorantura səviyyəsi
üzrə seçimi aşağıdakı meyarlar üzrə aparılacaq:
- namizədin cari tədris ilində magistratura səviyyəsi üzrə ali
təhsil müəssisələrinin sonuncu tədris ilində təhsil alması və ya
magistr ali elmi-ixtisas dərəcəsinə malik olması (xaricdə ali
təhsil aldıqda kvalifikasiyasının tanınması); - xarici ali təhsil müəssisəsinə təhsil haqqı ilə bağlı depozitin
ödənilməsi, namizəd tərəfindən transkriptin və ya əvvəlki təhsil
səviyyəsi üzrə diplomun təqdim edilməsi istisna olmaqla, namizədin
xarici ali təhsil müəssisəsinə şərtsiz qəbul olunması; - namizədin xarici ali təhsil müəssisəsində doktorantura
səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın
Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və
nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının
siyahısında göstərilən ixtisasa uyğun olması; - namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris
dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European
Framework of eference for Languages – CEFR) uyğun olaraq ən azı C1
səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına
(ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF,
TOEFL, TOPIK, TÖMER) malik olması; - namizədin Dövlət Proqramı çərçivəsində xarici ali təhsil
müəssisəsində təhsilini başa çatdırdıqdan dərhal sonra Azərbaycan
Respublikasının ali təhsil müəssisəsində əsas iş yeri olmaqla ən
azı 5 (beş) il müddətinə əmək fəaliyyətinə cəlb edilməsi üçün əmək
müqaviləsi bağlamağa razılığının olması; - Azərbaycan Respublikası ali təhsil müəssisəsinin namizədin
xarici ali təhsil müəssisəsində təhsili başa çatdıqdan dərhal sonra
əmək fəaliyyətinə cəlb edilməsi üçün onunla əmək müqaviləsi
bağlamağa razılığının olması; - namizədin elmi tədqiqat işlərini aparmaq bacarıqları;
- namizədin məntiqi mühakimə yeritmək bacarıqları;
- namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma
qabiliyyəti.