Bakı. Günaydın:
Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə
maliyyə xidmətinin rəisi vəzifəsində işləmiş Elvin Cəfərovun
cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin
sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
<!—->
<!––>
Hökmə əsasən, təqsirləndirilən şəxs 10 il müddətində azadlıqdan
məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində
maliyyə xidmətinin rəisi vəzifəsində işləmiş Elvin Cəfərova Cinayət
Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi
ilə ittiham elan olunub.
Elvin Cəfərov MN-dəki mənimsəmə üzrə
cinayət işində təqsirli bilinib. Onun cinayət işi ayrıca icraata
götürülüb. Onun tərəfindən dövlətə vurulmuş ziyan 2 milyon 200 min
manat hesablanıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti
əsasında Elvin Cəfərov barəsində həbs qətimkan tədbiri
seçilib.
Qeyd edək ki, Elvin Cəfərov ötən ilin dekabrında Müdafiə
Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə
prosesində şahid qismində dindirilib.