Bakı. Günaydın:
Bu gün Bakı Fond Birjası (BFB) tərəfindən Azərbaycan
Respublikasinin Dövlət Neft Şirkətinin (SOCAR) 200 milyon ABŞ
dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı
istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə Trend BFB-yə istinadən xəbər verir.
Belə ki, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200
000 ədəd istiqraza 412 investor 220 milyon dollarlıq 510 sifariş
təqdim edib. Nəticədə, SOCAR istiqrazlarının abunə yazılışı üsulu
ilə yerləşdirilməsi Bakı Fond Birjasında yekunlaşıb.
Qeyd olunan qiymətli kagızların ticarət nəticələri “Bakı Fond
Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması,
Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.18 bəndinin
tələblərinə cavab verdiyinə görə Əsas Bazar Listinq seqmentinə
alınır.
<!—->
<!––>
Yerləşdirmədə sifariş saylarının 4%-ni hüquqi, 96%-ni isə fiziki
investorlar təşkil edib.
İstiqrazların buraxılışı “Yaşıl enerji” layihələrinin
maliyyələşdirilməsi istiqamətində olduğundan istiqrazlar Bakı Fond
Birjasının “Yaşıl İstiqraz Bazarı” üzrə listinqə alınır və “Yaşıl
İstiqraz Bazarı” təsnifləşdirməsi üzrə ilk belə istiqrazlardır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
Azərbaycan Respublikasinin Dövlət Neft Şirkəti |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2003019893 |
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu / forması |
Kütləvi / Abunə yazılışı |
İstiqrazların sayı |
200,000 (ədəd) |
İlkin ticarət qiyməti |
1000 ABŞ dolları |
Buraxılış həcmi |
200,000,000 ABŞ dolları |
Nominal (Yerləşdirmə) qiyməti* |
1,000 ABŞ dolları |
Reallaşdırılmış həcm |
200,000,000 ABŞ dolları |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
220,000,000 ABŞ dolları |
İnvestor sayı |
412 |
Sifariş sayı |
510 |
Anderrayter |
“PAŞA Kapital İ.Ş” QSC |
Qeyd edək ki, bu ilin yanvarın 14-də Bakı Fond Birjasının (BFB)
Listinq Komitəsinin qərarı ilə c istiqrazlarının ticarətə
buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Azərbaycan Respublikasinin Dövlət Neft Şirkətinin qiymətli
kağızların abunə yazılışı 15.01.2025-ci ildə başlayaraq
28.02.2025-ci il tarixinə kimi davam edib.