Nothing şirkəti 28 aprel tarixində öz subbrendi CMF by Nothing tərəfindən istehsal olunan yeni smartfonun təqdimatını planlaşdırıb. Söhbət CMF Phone 2 Pro adlı smartfondan gedir. Bundan əlavə, bu gün həmçinin CMF Buds 2 adlı yeni naqilsiz qulaqlığının da təqdim ediləcəyi təsdiqlənib. Promo tizerlərdə qulaqlığın dizaynı da sərgilənib. Şəkillərdən görünür ki, CMF Buds 2 rəngarəng şarj keysi, brendə məxsus Smart Dial funksiyası ilə təchiz olunacaq.

Qulaqlıqlar üç rəngdə təqdim olunacaq: Qara, narıncı və açıq yaşıl. Rəsmi olaraq təsdiqlənib ki, CMF Buds 2 qulaqlıqları 48 dB-ə (desibel) qədər olan hibrid aktiv səsboğucu sistemlə (ANC) təchiz olunub. Qulaqlıqlar yüksək səs keyfiyyətini təmin edən Dirac texnologiyası ilə tənzimlənəcək. Avtonom işləmə müddəti şarj keysi olmadan 13.5 saat, şarj keysi ilə birlikdə isə 55 saat təşkil edəcək. Digər xüsusiyyətlər arasında Ultra Bass 2.0 dəstəyi, spatial audio və IP55 standartına uyğun su və tozdan qorunma yer alır.


Mənbə: GSMarena