Bakı. Günaydın:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi,
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA)
prezidenti Orxan Nəzərli Sinqapurun Daxili Gəlirlər İdarəsinin
rəhbəri və baş icraçı direktoru Fuk Çuen Ou ilə videoformatda görüş
keçirib.
Trend bu barədə Dövlət Vergi Xidmətindən məlumat əldə edib.
Məlumata görə, görüşdə ikitərəfli və çoxtərəfli əlaqələrin əhatə
dairəsinin genişləndirilməsi, vergi inzibatçılığı sahəsində
əməkdaşlığın prioritetləri və hüquqi-normativ bazasının yaradılması
müzakirə edilib.
<!—->
<!––>
Görüş zamanı ölkələrimiz arasında vergi əməliyyatları
çərçivəsində risklərin idarə edilməsi, qarşılıqlı məlumat
mübadiləsi, rəqəmsal vergi inzibatçılığı, vergi fırıldaqçılığı və
vergidən yayınma halları ilə effektiv mübarizə və s. məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, vergi sahəsində ikitərəfli əlaqələrin daha da
möhkəmləndirilməsinin zəruriliyi vurğulanıb, inzibatçılığın
təkmilləşdirilməsinə dair qabaqcıl təcrübələr nəzərdən
keçirilib.
IOTA prezidenti Orxan Nəzərli Fuk Çuen Ounu təşkilatın Bakıda
keçiriləcək 29-cu Assambleyasında iştiraka dəvət edib.