Bakı. Günaydın:
Energetika naziri Pərviz Şahbazov martın 7-də Saatlıda
vətəndaşları qəbul edib.
Trend
xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
<!—->
<!––>
Məlumata görə, Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin
iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi
təchizatı, elektrik xətlərinin və dirəyinin yerdəyişməsi,
transformatorun istismar vəziyyəti, elektrik enerjisindən
istifadəyə görə borcun yaranması, qaz təchizatı, elektrik və qaz
sayğaclarının quraşdırılması, işlə təminat və digər məzmunlu
müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin
tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbulda Şirvan, Ağsu, Sabirabad, Beyləqan, Biləsuvar
rayonlarından olan vətəndaşlar iştirak edib.