Gunaydin.azGunaydin.az
  • Ana Səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Daha çox
    • Cəmiyyət
    • Səhiyyə
    • İdman
    • Sosial
    • Dünya
    • İKT
    • Vakansiya
    • Türk Dünyası
    • Mədəniyyət
    • Günaydın TV
    • Köşə Yazısı
    • Müsahibə
    • Analitika
    • Digər
    • Axtarış
  • Yaddaş
Axtar
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur.
Oxunur: Günəş küləyi Ayda suyun formalaşmasına təkan verir
Paylaş
Giriş
Font Ölçüsünü DəyişAa
Font Ölçüsünü DəyişAa
Gunaydin.azGunaydin.az
Axtar
  • Ana səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Səhiyyə
  • İdman
  • Sosial
  • Dünya
  • İKT
  • Vakansiya
  • Türk Dünyası
  • Mədəniyyət
  • Günaydın TV
  • Köşə Yazısı
  • Müsahibə
  • Analitika
  • Digər
  • Yaddaş
  • Əlaqə
Follow US
© 2024 Gunaydin.az. Bütün hüquqları qorunur
Gunaydin.az > Xəbərlər > İKT > Günəş küləyi Ayda suyun formalaşmasına təkan verir
İKT

Günəş küləyi Ayda suyun formalaşmasına təkan verir

Son yenilənmə: 16 Aprel 2025, 00:00
16 Aprel 2025
Paylaş
3 oxunma dəqiqəsi
main-post-cover
Paylaş
     1960-cı illərin ortalarından bəri Günəşin Ayda suyun yaranması üçün lazım olan komponentlərin mənbəyi ola biləcəyi ilə bağlı bir nəzəriyyə mövcuddur. İndi isə NASA alimləri apardıqları təcrübə zamanı sübut ediblər ki, Günəş küləyi Ayın torpağında birbaşa su yarada bilər. Alimlər bu günə qədər Günəş küləyinin Ay üzərindəki təsirini ən real şəkildə simulyasiya edən təcrübəni həyata keçiriblər. Təcrübə üçün onlar Günəş küləyini, vakuum şəraitini və molekul detektorunu ehtiva edən xüsusi kamera hazırlayıblar. Bundan əlavə, alimlər 1972-ci ildə astronavtlar tərəfindən Yerə gətirilmiş, Ayın daş və tozdan ibarət olan orijinal torpağı – reqolitdən istifadə ediblər.
     Təcrübənin nəticəsində NASA tədqiqatçıları uzun müddətdir mövcud olan nəzəriyyəni təsdiqləyiblər: Günəş küləyi Ayda suyun yaranmasına kömək edir. Günəş daim Günəş küləyi adlanan hissəcik axınları buraxır. Bu axın əsasən hidrogen atomlarının elektronları olmayan nüvələrindən ibarət olan protonlardan təşkil olunur. Günəş hissəcikləri bütün Günəş sisteminə yayılır, lakin Yer bu hissəciklərdən maqnit sahəsi və atmosferi sayəsində qorunur. Ayda isə nə maqnit sahəsi, nə də atmosfer var. Buna görə də Günəş küləyinin hissəcikləri Ayın səthini davamlı şəkildə bombalayır. Alimlər əvvəlcə Ay reqoliti – yəni Ay torpağındakı bütün nəmişlik izlərini aradan qaldırıblar və onu hissəcik sürətləndiricisi vasitəsilə Günəş küləyinin simulyasiyasına məruz qoyublar.

     Beləliklə, onlar bir neçə gün ərzində Ay səthində Günəş küləyinin 80 000 il ərzində yaratdığı təsiri təqlid etməyə nail olublar. Təcrübə göstərib ki, Günəş küləyinin protonları Ay reqoliti ilə toqquşduqda, oradakı elektronlarla qarşılıqlı təsirə girərək hidrogen atomları əmələ gətirir. Daha sonra bu hidrogen atomları minerallarda, məsələn, silisium kimi tərkibli qayalarda olan oksigen atomları ilə birləşərək hidroksil (OH) və su (H2O) əmələ gətirirlər. Tədqiqatçılar Ay reqolitinin kimyəvi tərkibində zamanla baş verən dəyişiklikləri izləmək üçün spektrometrdən istifadə ediblər. Onlar infraqırmızı işığın udulmasında enmə müşahidə ediblər ki, bu da suyun mövcudluğuna işarə edən əlamətlərdən biridir.

     Alimlər tam olaraq təmiz suyun əmələ gəlib-gəlmədiyini təsdiqləyə bilməsələr də, əldə olunan məlumatlar həm hidroksil molekullarının, həm də su molekullarının yaranmasına dair inandırıcı sübutlar təqdim edir. Təcrübənin nəticələri kosmik aparatların müşahidələri ilə üst-üstə düşür. Həmin müşahidələr göstərir ki, su Günəş küləyi vasitəsilə yarana bilər və bu, su ilə əlaqəli spektral siqnalın dəyişməsi ilə müşahidə olunur. Alimlər hesab edirlər ki, Günəş bu gün də Ayda suyun yaranmasına töhfə verməyə davam edir. Su ehtiva edən meteoritlərin zərbələri də Ayda suyun mövcudluğuna təsir edə bilər, lakin alimlər əsas mənbənin məhz Günəş olduğunu düşünürlər. Ayda su donmuş vəziyyətdədir, lakin bu buzu əridərək içməli su, nəfəs almaq üçün oksigen və raket yanacağı hazırlamaq mümkündür. Bu isə insanlara Ayın fəal şəkildə mənimsənilməsinə başlamaq imkanı verə bilər.
Mənbə: Interesting Engineering

Bunları bəyənə bilərsiniz

Gemini-nin Galaxy cihazlarına öncədən quraşdırılması üçün Google Samsung-a külli miqdarda vəsait ödəyirmiş

Google öz biznesinin potensial bölünməsinə qaşıdır

Google şirkətinin potensial bölünməsinə istiqamətlənmiş məhkəmə prosesinə start verilib

Azercell və UiPath Azərbaycanda biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır

Kapital Bank beynəlxalq arenada: Bank Özbəkistanın ən böyük İT ekosistemi ilə tərəfdaş oldu

Xəbəri Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Linki Kopyala Çap
Paylaş
Əvvəlki Xəbər Argentinada daşqınlar nəticəsində 6 nəfər ölüb
Sonrakı Xəbər Bərdədə maşın ağaca çırpıldı - Xəsarət alan var (FOTO) Bərdədə maşın ağaca çırpıldı – Xəsarət alan var (FOTO)
Şərhinizi yazın Şərhinizi yazın

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Siyasət 23 Aprel 2025
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Dünya 23 Aprel 2025
“Bitcoin” dəyər itirdi - Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
“Bitcoin” dəyər itirdi – Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
İqtisadiyyat 23 Aprel 2025
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Cəmiyyət 23 Aprel 2025
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
İdman 23 Aprel 2025
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Digər 23 Aprel 2025
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Siyasət 23 Aprel 2025
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Dünya 23 Aprel 2025
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
İqtisadiyyat 23 Aprel 2025
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Cəmiyyət 23 Aprel 2025
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
İdman 23 Aprel 2025
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Digər 23 Aprel 2025
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Siyasət 22 Aprel 2025
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
İqtisadiyyat 22 Aprel 2025

Günaydın.az Sosial Mediada

235.3kİzləyənlərBəyən
69.1kİzləyənlərİzlə
11.6kİzləyənlərPin
56.4kİzləyənlərİzlə
136kSubscribersAbunə ol
4.4kİzləyənlərİzlə
Gunaydin.azGunaydin.az
Follow US
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur. Yazı və media faylların paylaşılması zamanı istinad məcburidir
Günaydın!

Hesabınıza daxil olun

Şifrənizi unutmusunuz?