Bakı. Günaydın:
Bu gün futbol üzrə Misli Premyer Liqasının XXVII turunda növbəti
oyunlar keçiriləcək.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, ilk
olaraq “Kəpəz” Tovuz şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək.
Qarşılaşma saat 17:00-da start götürəcək.
Günün ikinci matçında “Zirə” “Sabah”ın qonağı olacaq. “Bank
Respublika Arena”da təşkil olunacaq görüş saat 19:30-da
başlayacaq.
<!—->
<!––>
Hazırda Ağdam təmsilçisi 63 xalla turnir cədvəlinə başçılıq
edir. “Zirə” 51 xalla ikinci, “Sabah” 34 xalla beşinci, Gəncə klubu
isə 22 xalla doqquzuncu pillədə yer alır.
Qeyd edək ki, turun ötən gün “Araz-Naxçıvan” və “Şamaxı”
komandaları arasında keçirilmiş açılış oyununda 1:1 hesablı
heç-heçə qeydə alınıb.