Bakı. Günaydın:
Sumqayıt şəhəri, Koroğlu prospektində avtomobildə yanğın baş
verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, məlumatla
əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri
əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “MERCEDES”
markalı minik avtomobilinin idarəetmə lövhəsində baş vermiş yanğın
digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə
söndürülüb.
<!—->
<!––>
Yanğın nəticəsində avtomobilin idarəetmə lövhəsində elektrik
avadanlıqları yanıb.
Avtomobil yanğından mühafizə olunub.