Gunaydin.azGunaydin.az
  • Ana Səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Daha çox
    • Cəmiyyət
    • Səhiyyə
    • İdman
    • Sosial
    • Dünya
    • İKT
    • Vakansiya
    • Türk Dünyası
    • Mədəniyyət
    • Günaydın TV
    • Köşə Yazısı
    • Müsahibə
    • Analitika
    • Digər
    • Axtarış
  • Yaddaş
Axtar
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur.
Oxunur: Yerdə su kosmos deyil, daxili mənbə hesabına formalaşmış ola bilər
Paylaş
Giriş
Font Ölçüsünü DəyişAa
Font Ölçüsünü DəyişAa
Gunaydin.azGunaydin.az
Axtar
  • Ana səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Səhiyyə
  • İdman
  • Sosial
  • Dünya
  • İKT
  • Vakansiya
  • Türk Dünyası
  • Mədəniyyət
  • Günaydın TV
  • Köşə Yazısı
  • Müsahibə
  • Analitika
  • Digər
  • Yaddaş
  • Əlaqə
Follow US
© 2024 Gunaydin.az. Bütün hüquqları qorunur
Gunaydin.az > Xəbərlər > İKT > Yerdə su kosmos deyil, daxili mənbə hesabına formalaşmış ola bilər
İKT

Yerdə su kosmos deyil, daxili mənbə hesabına formalaşmış ola bilər

Son yenilənmə: 16 Aprel 2025, 00:00
16 Aprel 2025
Paylaş
3 oxunma dəqiqəsi
main-post-cover
Paylaş
     Ümumi qəbul olunmuş fikrə görə, su və onun tərkib hissələri Yerə gənc dövründə planetə çırpılan asteroidlərlə birlikdə gəlib. Lakin bir qrup tədqiqatçı suyun bütün əsas tərkib hissələrinin Yer üzərində əvvəldən mövcud olduğuna dair sübutlar tapıb. Yerdə ilk dəfə hidrogenin nə vaxt və harada meydana gəldiyini müəyyən etmək, planetdə həyatın necə yarandığını anlamaq üçün açar rolunu oynayır. Hidrogen olmasaydı, su olmazdı, su olmasaydı, həyat da olmazdı. Tədqiqatçılar araşdırmalarında tərkibində hidrogen olan bir meteoritə müraciət ediblər ki, Yer suyunun H2O tərkibindəki H2 elementinin mənbəyini anlasınlar.

     Söhbət kifayət qədər nadir olan və enstatit xondrit adlanan meteorit növündən gedir. Bu meteoritlər 4.5 milyard il əvvəl, Yer kürəsinin ilkin formalaşma dövründə yaranıb. Məntiq bundan ibarətdir: Əgər erkən Yer kürəsinin tərkibinə bənzəyən bu material özündə hidrogen birləşdirə bilibsə, deməli, gənc Yer də bu elementi daşıya bilərdi. Oksford Universitetindən olan komandanın mühüm kəşfi ondan ibarət olub ki, meteoritdəki hidrogen oraya sonradan çirklənmə nəticəsində daxil olmayıb, əvvəlcədən mövcud olub. Bu, Yer kürəsinin formalaşdığı materialın əvvəl düşünüldüyündən daha çox hidrogenlə zəngin olduğunu göstərir.

     Tədqiqat çərçivəsində, Antarktidada tapılmış bu meteorit güclü rentgen şüaları ilə – sinxrotron qurğusunun köməyi ilə – işıqlandırılıb. Sinxrotron, həm canlı, həm də cansız nümunələrin kimyəvi strukturunun araşdırılması üçün tez-tez istifadə olunur. Komanda əvvəlcə hesab edirdi ki, meteoritdəki istənilən hidrogen kükürd molekulları ilə əlaqəli olacaq. Lakin onların böyük təəccübünə səbəb olan nəticə o oldu ki, onlar hidrogenin ən çox olmalı olduğunu güman etdikləri sahələrin arxasında zəngin kükürd-hidrogen (H2S) bölgələri aşkar etdilər. Ən yüksək hidrogen konsentrasiyası isə kristal quruluşun daxilində “qapanmış” vəziyyətdə idi.

     Müqayisə üçün qeyd edək ki, meteoritin çatlar və ya pas izləri olan sahələrində (yəni Yer mənşəli çirklənmənin əlamətləri olan yerlərdə) çox az miqdarda və ya ümumiyyətlə hidrogen olmayıb. Bu iki kəşf birlikdə onu göstərir ki, hidrogen meteoritin tərkibində əvvəldən mövcud olub və sonradan çirklənmə nəticəsində yaranmayıb. “O qədər həyəcanlandıq ki, analiz bizə nümunədə kükürd-hidrogenin olduğunu göstərdi, amma biz onun tam fərqli yerdə olacağını gözləyirdik! Bu kükürd-hidrogenin Yer mənşəli çirklənmədən yaranma ehtimalı olduqca azdır. Ona görə də bu tədqiqat Yer üzündəki suyun təbii mənşəli olması nəzəriyyəsini dəstəkləyən vacib sübutlar təqdim edir – yəni bu, planetimizin tərkibindən qaynaqlanan təbii nəticədir” – deyə Oksford Universitetindən məqalə müəllifi Tom Barrett bildirib.

     Proto-Yer (planetimizin formalaşma dövrünün erkən mərhələsi) enstatit xondritlərinə bənzər materialdan ibarət olduğuna görə, planet kifayət qədər böyük ölçüyə çataraq asteroid zərbələrinə məruz qaldığı vaxtadək artıq kifayət qədər hidrogen toplamışdı ki, bu da Yer üzündə bu gün mövcud olan suyun mənşəyini izah edə bilər. Bu araşdırmanın nəticələri Yer üzündəki suyun ilkin mənbəyi ilə bağlı mübahisələrə son qoymasa da, suyun xarici deyil, daxili mənbədən gəlməsi ehtimalını gücləndirə bilər.
Mənbə: Discovermagazine

Bunları bəyənə bilərsiniz

Xüsusi implant vasitəsilə beyin dalğalarını təbii nitqə çevirmək mümkün olacaq

Gemini-nin Galaxy cihazlarına öncədən quraşdırılması üçün Google Samsung-a külli miqdarda vəsait ödəyirmiş

Google öz biznesinin potensial bölünməsinə qaşıdır

Google şirkətinin potensial bölünməsinə istiqamətlənmiş məhkəmə prosesinə start verilib

Azercell və UiPath Azərbaycanda biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır

Xəbəri Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Linki Kopyala Çap
Paylaş
Əvvəlki Xəbər Argentinada daşqınlar nəticəsində 6 nəfər ölüb
Sonrakı Xəbər Bərdədə maşın ağaca çırpıldı - Xəsarət alan var (FOTO) Bərdədə maşın ağaca çırpıldı – Xəsarət alan var (FOTO)
Şərhinizi yazın Şərhinizi yazın

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Siyasət 23 Aprel 2025
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Dünya 23 Aprel 2025
“Bitcoin” dəyər itirdi - Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
“Bitcoin” dəyər itirdi – Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
İqtisadiyyat 23 Aprel 2025
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Cəmiyyət 23 Aprel 2025
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
İdman 23 Aprel 2025
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Digər 23 Aprel 2025
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Siyasət 23 Aprel 2025
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Dünya 23 Aprel 2025
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
İqtisadiyyat 23 Aprel 2025
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Cəmiyyət 23 Aprel 2025
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
İdman 23 Aprel 2025
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Digər 23 Aprel 2025
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Siyasət 22 Aprel 2025
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
İqtisadiyyat 22 Aprel 2025

Günaydın.az Sosial Mediada

235.3kİzləyənlərBəyən
69.1kİzləyənlərİzlə
11.6kİzləyənlərPin
56.4kİzləyənlərİzlə
136kSubscribersAbunə ol
4.4kİzləyənlərİzlə
Gunaydin.azGunaydin.az
Follow US
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur. Yazı və media faylların paylaşılması zamanı istinad məcburidir
Günaydın!

Hesabınıza daxil olun

Şifrənizi unutmusunuz?