AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru AOC Q27G40XMN adlanır. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560×1440 piksel keyfiyyətli 27 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 97%-ni əhatə edir. Monitor özündə DisplayPort 1.4 və HDMI 2.0 girişlərini birləşdirir. AOC Q27G40XMN artıq satışa çıxıb və onun qiyməti 299$ təşkil edir.
