Bakı. Günaydın:
Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman
Nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open – 2025” Beynəlxalq
Şahmat Festivalı keçiriləcək.
AŞF-nin mətbuat xidmətindən Trend-ə bildirilib ki, festivaldan öncə şahmat
dünyasının əfsanəvi simalarından biri, 15-ci dünya çempionu
Vişvanatan Anand Bakıya səfər edəcək. Hindistanlı şahmatçı
Azərbaycan çempionatının son qalibi Rauf Məmmədovla rapid və blits
partiyalarında üz-üzə gələcək. Vişvanatan Anandla Rauf Məmmədov
arasında turnirin aprelin 27-30-da keçirilməsi planlaşdırılır.
<!—->
<!––>
Qeyd edək ki, “Baku Open – 2025” Beynəlxalq Şahmat Bakı Kristal
Zalında 27 aprel (gəlmə günü) – 6 may (son tur və bağlanış)
tarixləri arasında keçiriləcək və şahmatçılar üç qrupda İsveçrə
sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaq.
Festivalın ümumi mükafat fondu 55 min ABŞ dollarına
bərabərdir.