Bakı. Günaydın:
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən
son 10 gün ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və
Sumqayıt şəhərləri, Abşeron, Salyan və Göyçay rayonlarının inzibati
ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar
olunub.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat
yayıb.
<!—->
<!––>
Məlumata görə, araşdırma zamanı Bakı şəhəri Binəqədi rayonu,
Azadlıq prospekti 191 ünvanında yerləşən AMEA Genetik Ehtiyatları
İnstitutunun həyətyanı ərazisində, Yasamal rayonu İbrahim Əbilov
küçəsində yerləşən “City Life” MMC-yə məxsus ərazidə, Nərimanov
rayonu F.X.Xoyski və Ə.Rəcəbli küçələrində, Nəsimi rayonu Novruzov
Qardaşları küçəsində yerləşən “Pilot-16” MMC-yə məxsus ərazidə,
Binəqədi rayonu A.Kunanbayev küçəsi 1B ünvanında, Sabunçu rayonu
Maştağa qəsəbəsində yerləşən köhnə “Mədəniyyət Evi”nin qarşısında,
Sumqayıt şəhəri Bakı küçəsi 37 ünvanında yerləşən “Term”
kompaniyasına məxsus ərazidə, Abşeron rayonu Mehdiabad qəsəbəsi, 28
May küçəsində, Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində,
Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində, Salyan rayonu Qaraçala
bələdiyyəsinin və Göyçay rayonu Qarayazı kəndinin inzibati
ərazisində yaşıllıqların kəsilməsi faktları ilə bağlı təbiətə 381
000 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət
tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün
toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün
hazırlanır.