Bakı. Günaydın:
Əqli Mülkiyyət Agentliyinin nəzdində fəaliyyət göstərən “960
Çağrı Mərkəzi” yarandığı 2021-ci ildən bəri öz işini uğurla həyata
keçirməyə çalışır. Ümumiyyətlə, Əqli Mülkiyyət Agentliyi vətəndaş
məmnunluğunu yaratmağı əsas vəzifələrdən biri kimi qarşıya
qoyub.
Trend
xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, Əqli Mülkiyyət Agentliyi tərəfindən yaradılmış
“İddiaçıların Əqli Mülkiyyətə dair Sorğuları üzrə iş sektoru (Çağrı
Mərkəzi) dövlət orqanında qanunçuluğun təmin edilməsi,
müraciətlərin obyektiv araşdırılması və cavablandırılması,
sui-istifadə əməllərinin qarşısının alınması, fəaliyyətin
təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş
məmnunluğunun təmin edilməsi məqsədi ilə təşkil olunmuşdur. Çağrı
Mərkəzinin təyinatı Agentliyin fəaliyyəti ilə bağlı sualların
(sorğuların, o cümlədən elektron xidmətlərin göstərilməsi ilə bağlı
müraciətlərin) birbaşa və ya araşdırıldıqdan sonra
cavablandırılmasından, məlumatlandırma və məsləhət xidməti
göstərilməsindən, şikayətlərin (məlumatların, təkliflərin) qəbulu
və yönləndirilməsindən ibarətdir.
Çağrı Mərkəzinin “960” qaynar xətti ilə əlaqə gün ərzində saat
9:00-dan 18:00-a kimi fasiləsiz olaraq təmin edilir. 960 qaynar
xəttinə hər ay minlərlə zəng daxil olur. Sual-cavab kateqoriyasına
əsasən zənglər ixtiralar, sənaye nümunəsi, əmtəə nişanları, müəllif
hüquqları, hüquq, reyestr xidmətləri, maliyyə, Apellyasiya Şurası,
PƏNAH sistemində qeydiyyat, həmçinin iddia sənədlərinin icra
vəziyyəti və sairəni əhatə edir. Mərkəzin əməkdaşları daxil olan
sualları ya birbaşa, ya da araşdırıb geri dönüş etməklə
cavablandırır, zəruri hallarda isə müvafiq şöbələrin əməkdaşlarına
yönləndirirlər.
<!—->
<!––>
Çağrı Mərkəzində iddiaçıların və sahibkarların əqli mülkiyyətin
istənilən sahəsi üzrə məsləhət almağa gəlməsi üçün lazımi şərait
yaradılmışdır. Bu məqsədlə xüsusi məsləhət otaqları ayrılmışdır.
İddiaçılar məsləhət otaqlarına yaxınlaşaraq, Çağrı Mərkəzinin
peşəkar əməkdaşları və ya aidiyyatı şöbələrin ekspertləri ilə canlı
ünsiyyət quraraq suallarına aydınlıq gətirə bilərlər.
Eyni zamanda Çağrı Mərkəzinin əməkdaşları iki həftəlik növbəli
rejimlə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı
Agentliyində Əqli Mülkiyət Agentliyinin masasını təmsil edir və
müraciət edən sahibkarlara əqli mülkiyyətlə bağlı analoji xidmət
göstərirlər.
Əqli Mülkiyyət Agentliyi vətəndaş məmnunluğunun yaradılmasına
çalışır. Xatırladırıq ki, iddiaçıların, müraciət edənlərin
ünvanladığı xoş sözlər və minnətdarlıq fikirləri bunu bir daha
sübut edir.
Çağrı Mərkəzində yalnız xanım əməkdaşlar çalışırlar. 8 mart –
Beynəlxalq Qadınlar günüdür. Bu münasibətlə Əqli Mülkiyyət
Agentliyinin rəhbərliyi və kişi əməkdaşları Çağrı Mərkəzinin xanım
işçiləri ilə bərabər Agentliyin bütün xanım əməkdaşlarını təbrik
edir.