Gunaydin.azGunaydin.az
  • Ana Səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Daha çox
    • Cəmiyyət
    • Səhiyyə
    • İdman
    • Sosial
    • Dünya
    • İKT
    • Vakansiya
    • Türk Dünyası
    • Mədəniyyət
    • Günaydın TV
    • Köşə Yazısı
    • Müsahibə
    • Analitika
    • Digər
    • Axtarış
  • Yaddaş
Axtar
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur.
Oxunur: Erkən kainatda Süd Yolu qalaktikasının əkizi kəşf edilib
Paylaş
Giriş
Font Ölçüsünü DəyişAa
Font Ölçüsünü DəyişAa
Gunaydin.azGunaydin.az
Axtar
  • Ana səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Səhiyyə
  • İdman
  • Sosial
  • Dünya
  • İKT
  • Vakansiya
  • Türk Dünyası
  • Mədəniyyət
  • Günaydın TV
  • Köşə Yazısı
  • Müsahibə
  • Analitika
  • Digər
  • Yaddaş
  • Əlaqə
Follow US
© 2024 Gunaydin.az. Bütün hüquqları qorunur
Gunaydin.az > Xəbərlər > İKT > Erkən kainatda Süd Yolu qalaktikasının əkizi kəşf edilib
İKT

Erkən kainatda Süd Yolu qalaktikasının əkizi kəşf edilib

Son yenilənmə: 17 Aprel 2025, 00:00
17 Aprel 2025
Paylaş
3 oxunma dəqiqəsi
main-post-cover
Paylaş
     Alimlər James Webb kosmik teleskopunun köməyi ilə indiyə qədər məlum olanlar arasında ən uzaq məsafədə yerləşən ən qədim spiral qalaktikanı aşkar ediblər. Bu qalaktika heyrətamiz dərəcədə bizim Süd Yolu qalaktikamıza bənzəyir, lakin o, Böyük partlayışdan cəmi 1 milyard il sonra mövcud olub. Bu kəşf qalaktikaların təkamülü ilə bağlı nəzəriyyələrə meydan oxuyur. Əvvəllər astronomlar hesab edirdilər ki, Süd Yoluna bənzər böyük və kütləvi qalaktikaların formalaşması üçün milyardlarla illik təkamül prosesi tələb olunur. Bu müddət ərzində spiral qalaktikalar aydın şəkildə ifadə olunmuş spiral qollar formalaşdırmalı, böyük kütlə və ölçü qazanmalı və mərkəzi çıxıntı adlanan və ulduzların sıx şəkildə toplanmış olduğu bölgəni yaratmalıdır.

     Böyük partlayışdan 1 milyard il sonra hələ formalaşmaqda olan xaotik quruluşlu bir spiral qalaktika görmək əvəzinə, astronomlar artıq yaxşı formalaşmış bir obyekt aşkar ediblər. Süd Yolu qalaktikasının ən uzaq və ən qədim əkizi nizamlı struktura, spiral qollara və mərkəzi çıxıntıya sahibdir. Bu kəşf qalaktikaların təkamülünü anlamağımıza meydan oxuyur, çünki bəzi qalaktikaların necə bu qədər sürətlə formalaşıb, kainatın daha sonrakı dövrlərindəki qalaktikalar kimi görünə bildiklərini izah etmək hələlik çətindir. Baxmayaraq ki, erkən spiral qalaktikalar kiçik olmalıdır, bizə işığı 12.8 milyard il ərzində çatan qalaktika nəhəng obyekt olub və ölçüsünə görə Süd Yolundan cüzi şəkildə geri qalır.
     Astronomlar bu yeni qalaktikanı Zhulong adlandırıblar – bu ad Çin mifologiyasında qaranlığı işıqlandıran əjdaha şəklində bir tanrıya istinad edir. Alimlər bildirirlər ki, bu qalaktika forması, ölçüsü və kütləsi baxımından Süd Yoluna çox bənzəyir. Onlar spiral quruluşa malik Zhulong qalaktikasının ölçüsünü 60 000 işıq ili olaraq qiymətləndiriblər. Müqayisə üçün, Süd Yolunun ölçüsü təxminən 100 000 işıq ilidir. Lakin qədim Zhulong qalaktikasının kütləsi Günəşin kütləsindən təxminən 100 milyard dəfə çoxdur, halbuki bizim qalaktikamızın kütləsi Günəşin kütləsindən təxminən 46 milyard dəfə çoxdur.

     Alimlərin sözlərinə görə, bu kəşf erkən kainat haqqında anlayışımızı, eləcə də Böyük partlayışdan sonrakı ilk bir milyard il ərzində qalaktikaların formalaşma prosesinə dair düşüncələrimizi dəyişir. Astronomlar Zhulong spiral qalaktikasını tədqiq etməyə davam etməyi planlaşdırırlar ki, bu qalaktikanın bu qədər qısa müddətdə necə böyük kütlə toplaya və nizamlı quruluş əldə edə bildiyini anlamağa çalışsınlar – halbuki əvvəllər hesab olunurdu ki, bu proses üçün həmin müddət yetərli deyil. Alimlər həmçinin daha çox bu cür qalaktikalar aşkar etmək istəyirlər, bu isə kainatın təkamül sirrlərinin açılmasına kömək edə bilər.
Mənbə: Space.com

Bunları bəyənə bilərsiniz

Google şirkətinin potensial bölünməsinə istiqamətlənmiş məhkəmə prosesinə start verilib

Azercell və UiPath Azərbaycanda biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır

Kapital Bank beynəlxalq arenada: Bank Özbəkistanın ən böyük İT ekosistemi ilə tərəfdaş oldu

Orta büdcəli Honor X60 GT smartfonu təqdim olunub – QİYMƏTİ

7000 mAh-lıq batareyaya sahib büdcəli OPPO K12s smartfonu təqdim olunub – QİYMƏTİ

Xəbəri Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Linki Kopyala Çap
Paylaş
Əvvəlki Xəbər Prezident İlham Əliyevin “Instagram” hesabında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə videoçarx paylaşılıb (VİDEO) Prezident İlham Əliyevin “Instagram” hesabında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə videoçarx paylaşılıb (VİDEO)
Sonrakı Xəbər Suriyanın İƏT-ə üzvlüyü bərpa edilib
Şərhinizi yazın Şərhinizi yazın

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Siyasət 23 Aprel 2025
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Dünya 23 Aprel 2025
“Bitcoin” dəyər itirdi - Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
“Bitcoin” dəyər itirdi – Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
İqtisadiyyat 23 Aprel 2025
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Cəmiyyət 23 Aprel 2025
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
İdman 23 Aprel 2025
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Digər 23 Aprel 2025
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Siyasət 23 Aprel 2025
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Dünya 23 Aprel 2025
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
İqtisadiyyat 23 Aprel 2025
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Cəmiyyət 23 Aprel 2025
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
İdman 23 Aprel 2025
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Digər 23 Aprel 2025
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Siyasət 22 Aprel 2025
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
İqtisadiyyat 22 Aprel 2025

Günaydın.az Sosial Mediada

235.3kİzləyənlərBəyən
69.1kİzləyənlərİzlə
11.6kİzləyənlərPin
56.4kİzləyənlərİzlə
136kSubscribersAbunə ol
4.4kİzləyənlərİzlə
Gunaydin.azGunaydin.az
Follow US
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur. Yazı və media faylların paylaşılması zamanı istinad məcburidir
Günaydın!

Hesabınıza daxil olun

Şifrənizi unutmusunuz?