Bakı. Günaydın:
Lənkəran rayonunda yerləşən, Rəhmanov Zəka Bilal oğluna məxsus
”Cənnət-Xıl” restoranında AQTA əməkdaşları tərəfindən keçirilmiş
yoxlama zamanı qida təhlükəsizliyi tələblərinin pozulduğu
aşkarlanıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Azərbaycan Qida
Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
<!—->
<!––>
Belə ki, obyektin sanitar-gigiyenik tələblərə cavab vermədən
fəaliyyət göstərdiyi, qida məhsullarının saxlanması zamanı
temperatur rejiminə əməl edilmədiyi, qida məhsulları hazırlanan
sahədə döşəmə, tavan və divar səthlərinin təmirsiz olduğu, müvafiq
təmizlik işlərinin aparılmadığı, havalandırma sisteminin
quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib
və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.