Bakı. Günaydın:
Suriyanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvlüyü 13 ildən
sonra bərpa edilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, belə
bir qərar İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri
Şurasının martın 7-də Ciddədə keçirilən fövqəladə iclasında qəbul
edilib. Məsələ Türkiyənin təşəbbüsü ilə təşkilatın gündəliyə daxil
edilib.
<!—->
<!––>
Müvafiq qətnamənin qəbulundan sonra Suriyanın yeni
administrasiyasının xarici işlər naziri Əsəd Həsən Şeybani iclasa
dəvət olunub və İƏT-in xarici siyasət qurumlarının rəhbərləri
sırasında öz yerini tutub.