Gunaydin.azGunaydin.az
  • Ana Səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Daha çox
    • Cəmiyyət
    • Səhiyyə
    • İdman
    • Sosial
    • Dünya
    • İKT
    • Vakansiya
    • Türk Dünyası
    • Mədəniyyət
    • Günaydın TV
    • Köşə Yazısı
    • Müsahibə
    • Analitika
    • Digər
    • Axtarış
  • Yaddaş
Axtar
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur.
Oxunur: Yerə yaxın ekzoplanetdə bioloji həyata dair ciddi sübutlar aşkar edilib
Paylaş
Giriş
Font Ölçüsünü DəyişAa
Font Ölçüsünü DəyişAa
Gunaydin.azGunaydin.az
Axtar
  • Ana səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Səhiyyə
  • İdman
  • Sosial
  • Dünya
  • İKT
  • Vakansiya
  • Türk Dünyası
  • Mədəniyyət
  • Günaydın TV
  • Köşə Yazısı
  • Müsahibə
  • Analitika
  • Digər
  • Yaddaş
  • Əlaqə
Follow US
© 2024 Gunaydin.az. Bütün hüquqları qorunur
Gunaydin.az > Xəbərlər > İKT > Yerə yaxın ekzoplanetdə bioloji həyata dair ciddi sübutlar aşkar edilib
İKT

Yerə yaxın ekzoplanetdə bioloji həyata dair ciddi sübutlar aşkar edilib

Son yenilənmə: 17 Aprel 2025, 00:00
17 Aprel 2025
Paylaş
4 oxunma dəqiqəsi
main-post-cover
Paylaş
     Astronomlar hesab edirlər ki, onlar Yerdən 124 işıq ili uzaqlığında yerləşən bir planetdə yadplanetli həyatın mövcudluğuna dair ən inandırıcı izləri aşkar ediblər. Bu planetin okean dünyası olduğu və orada canlı orqanizmlərin yaşaya biləcəyi düşünülür. Lakin bütün alimlər bu fikirlə razı deyil. 6 il əvvəl kəşf edilmiş K2-18b planetinin alimlərin diqqətini cəlb etməsi davam edir, çünki bu planetin okean dünyası olduğu və orada yadplanetli həyatın mövcud ola biləcəyi ehtimal edilir. Yeni tədqiqatın müəllifləri bildiriblər ki, bu planetin yaşama üçün yararlı ola biləcəyinə dair ən inandırıcı sübutları aşkarlayıblar.

     Əgər bu doğru olarsa, orada ağıllı yadplanetlilərin yaşadığı ehtimalı yoxdur, lakin mikrob səviyyəsində həyat mövcud ola bilər. Hər bir halda, bu kəşf potensial yadplanetli həyat axtarışında mühüm bir irəliləyiş sayılır. K2-18b planeti bizdən 124 işıq ili uzaqlığında yerləşir, Yerdən təxminən 2.5 dəfə böyükdür və kütləsi Yerinkindən təxminən 8 dəfə çoxdur. Bu ehtimal edilən okean dünyası Günəşdən daha kiçik olan qırmızı cırtdan tipli bir ulduzun ətrafında fırlanır. Ən vacib məqam isə budur ki, planet öz ulduzunun yaşama üçün əlverişli zonasında yerləşir. Alimlərin fikrincə, bu da o deməkdir ki, orada maye halında su okeanlarının mövcudluğu və potensial həyatın dəstəklənməsi üçün şərait ola bilər.

     Tədqiqatın müəllifləri bildiriblər ki, onlar James Webb kosmik teleskopu vasitəsilə K2-18b planetinin atmosferində 2 kimyəvi maddənin izlərini aşkarlayıblar – bu maddələr yadplanetli həyatın potensial mövcudluğuna işarə edə bilərlər Bu kimyəvi maddələr dimetilsulfid və dimetildisulfid adlanır və Yer üzərində onları fitoplankton kimi tanınan dəniz mikroorqanizmləri istehsal edir. Alimlər yadplanetli həyat kəşf etdiklərini iddia etmirlər, lakin bu barədə olan izlər olduqca inandırıcıdır. Əgər bu kəşf təsdiqlənərsə, bu, Günəş sistemindən kənarda yerləşən bir planetdə ilk dəfə olaraq mümkün bioloji aktivliyin aşkar edilməsi olacaq.

     Qeyd edək ki, daha əvvəl astronomlar K2-18b planetinin atmosferində metan və karbon qazı da aşkar etmişdilər. Bu, ulduzunun yaşama zonasına daxil olan və Günəş sistemindən kənarda yerləşən bir planetdə karbon əsaslı molekulların ilk dəfə aşkarlanması olmuşdu. Bütün alimlər tədqiqat müəlliflərinin nəticələri ilə razı deyillər və hesab edirlər ki, aşkar edilmiş kimyəvi maddələr canlı orqanizmlər tərəfindən deyil, başqa, qeyri-bioloji proses nəticəsində yarana bilər. Məsələn, ötən il dimetilsulfid bir kometada da aşkar olunmuşdu, bu da həmin maddənin canlı orqanizmlərlə bağlı olmaya biləcəyini göstərir.

     Lakin tədqiqat müəllifləri bildirirlər ki, K2-18b planetində aşkarlanan dimetilsulfid miqdarı Yer üzərindəki ilə müqayisədə minlərlə dəfə çoxdur və bu, maddənin bioloji mənşəli olduğuna işarə edir. Nəzərə alsaq ki, K2-18b planetı öz ulduzuna yaxın yerləşir, lakin həmin ulduz Günəşdən daha az istilik yayır, bəzi alimlər hesab edirlər ki, əgər orada həqiqətən də okean varsa, bu, çox isti sudan ibarət ola bilər. Bu halda isə orada həyatın mövcudluğu mümkün deyil. Tədqiqat müəllifləri K2-18b planetini müşahidə etməyə davam etmək niyyətindədirlər ki, orada yadplanetli həyatın mövcud ola biləcəyinə dair daha güclü sübutlar tapsınlar. Əgər orada həyat aşkarlanarsa, bu, kainatda tək olmadığımızı göstərəcək. Hətta əgər bu potensial okean planetində ağıllı yadplanetlilər deyil, sadəcə mikroorqanizmlər mövcud olsa belə – bu, yenə də yadplanetli həyat olacaq.
Mənbə: Science Alert

Bunları bəyənə bilərsiniz

İldırımötürücü özəlliyə sahib ilk dron hazırlanıb

Google DeepMind-ın rəhbəri süni zəkanın gələcəyi haqqında danışıb

Xüsusi implant vasitəsilə beyin dalğalarını təbii nitqə çevirmək mümkün olacaq

Gemini-nin Galaxy cihazlarına öncədən quraşdırılması üçün Google Samsung-a külli miqdarda vəsait ödəyirmiş

Google öz biznesinin potensial bölünməsinə qaşıdır

Xəbəri Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Linki Kopyala Çap
Paylaş
Əvvəlki Xəbər Prezident İlham Əliyevin “Instagram” hesabında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə videoçarx paylaşılıb (VİDEO) Prezident İlham Əliyevin “Instagram” hesabında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə videoçarx paylaşılıb (VİDEO)
Sonrakı Xəbər Suriyanın İƏT-ə üzvlüyü bərpa edilib
Şərhinizi yazın Şərhinizi yazın

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Siyasət 23 Aprel 2025
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Dünya 23 Aprel 2025
“Bitcoin” dəyər itirdi - Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
“Bitcoin” dəyər itirdi – Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
İqtisadiyyat 23 Aprel 2025
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Cəmiyyət 23 Aprel 2025
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
İdman 23 Aprel 2025
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Digər 23 Aprel 2025
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Siyasət 23 Aprel 2025
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Dünya 23 Aprel 2025
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
İqtisadiyyat 23 Aprel 2025
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Cəmiyyət 23 Aprel 2025
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
İdman 23 Aprel 2025
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Digər 23 Aprel 2025
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Siyasət 22 Aprel 2025
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
İqtisadiyyat 22 Aprel 2025

Günaydın.az Sosial Mediada

235.3kİzləyənlərBəyən
69.1kİzləyənlərİzlə
11.6kİzləyənlərPin
56.4kİzləyənlərİzlə
136kSubscribersAbunə ol
4.4kİzləyənlərİzlə
Gunaydin.azGunaydin.az
Follow US
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur. Yazı və media faylların paylaşılması zamanı istinad məcburidir
Günaydın!

Hesabınıza daxil olun

Şifrənizi unutmusunuz?