Bakı. Günaydın:
Azərbaycanın kişilərdən ibarət həndbol millisi Bolqarıstanın
Varna şəhərində təşkil olunan inkişaf etməkdə olan ölkələrin
çempionatında növbəti oyununu keçirib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, yığma 7-8-ci yerlər uğrunda qarşılaşmada Moldova ilə üz-üzə
gəlib.
<!—->
<!––>
Görüş, Moldova millisinin 29:28 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisi B qrupunu sonuncu sırada tamamlayıb. Komanda
Moldova (21:33), Nigeriya (17:29) və ABŞ (25:45) yığmalarına
uduzaraq çempionatda mübarizəni davam etdirə bilməyib. Milli 5-8-ci
yerlər uğrunda keçirilən görüşdə isə Paraqvaya 22:34 hesabı ilə
məğlub olub.