Bakı. Günaydın:
Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Gəncə şəhər
İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz
Bayramova ilə bağlanmış əmək müqaviləsi uzadılmayıb.
Bu barədə Trend-ə
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.
<!—->
<!––>
Qeyd edilib ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin
təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının,
təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın
artırılması əsas prioritetlərdəndir.
Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi
yolverilməzdir.