Bakı. Günaydın:
Meksika Qabriela Ramosu UNESCO-nun Baş Direktorluğuna
(2025-2029) namizəd kimi irəli sürüb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı
Səfirliyi məlumat yayıb.
<!—->
<!––>
“Çoxtərəfli zəngin təcrübəsi və qlobal əməkdaşlığa möhkəm
sadiqliyi ilə o, dünyada təhsil, mədəniyyət və elm üçün
transformativ baxışı təmsil edir”, – məlumatda deyilir.
Qeyd edək ki, Qabriela Ramos UNESCO Baş direktorunun Sosial və
Humanitar Elmlər üzrə köməkçisidir və burada institutun inklüziv və
dinc cəmiyyətlərin qurulmasına töhfələrinə nəzarət edir. Onun
gündəliyinə gənclərin inkişafına təkan verən sosial inteqrasiya və
gender bərabərliyinə nail olmaq; idman vasitəsilə dəyərlərin
təbliği; irqçilik və ayrı-seçkilik əleyhinə gündəm və süni
intellektin etikası daxildir.