Bakı. Günaydın
Xəzər rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması
barədə polisə məlumat daxil olub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Daxili İşlər
Nazirliyi məlumat yayıb.
<!—->
<!––>
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə zərərçəkənin 22300 manatını aldadaraq ələ
keçirməkdə şübhəli bilinən 36 yaşlı Ə.Abbasov və 23 yaşlı S.Salikov
müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.