Bakı. Günaydın:
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Zəngəzur
mahalı Azərbaycanın tərkib hissəsi idi. 1920-ci ildə bolşeviklərin
işğalı ilə cümhuriyyət süqut etdi. SSRİ rəhbərliyi Leninin
başçılığı altında – onun yanında kifayət qədər də ermənilər mövcud
idi – Ermənistan ərazilərini böyütməyə çalışırdı. 1920-ci ildə
Bolşeviklərin dəstəyi ilə Zəngəzur Ermənistana verildi. Burada
məqsəd iki qardaş xalq olan Azərbaycan və Türkiyəni bir-birindən
ayrı salmaq, Ermənistan dövləti yaratmaqla zaman-zaman ermənilər
vasitəsilə orada təxribatlar törətmək, Azərbaycan və Türkiyə
arasındakı bütün bağları qoparmaq üçün işğallar, müharibələr yolu
ilə orada qeyri-stabilliyi daimi bərqərar etmək idi.
Bunu Trend-ə
açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar
İskəndərov deyib.
Millət vəkili bildirib ki, bu məsələ SSRİ-nin süqutuna qədər
davam edib:
“1988-ci ildə Ermənistanda başlanan hərəkatda Qarabağ və
Naxçıvanın Ermənistana birləşdirilməsi ideyası mövcud idi. Ulu
Öndərin 1990-cı ildə Naxçıvana gəlməsi, Naxçıvanda rəhbər olaraq
əhalini səfərbər etməsi, naxçıvanlıların öz torpaqlarının
müdafiəsini təşkil etməsi bu məkrli planları alt-üst etdi”.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycanın bir-birindən ayrı
salınması və erməni dövlətinin qurulması bu dairələrin geniş
planlarına daxil idi.
“Naxçıvanın blokada zamanı ən çətin dövründə qardaş Türkiyə
bütün sahələrdə Muxtar Respublikaya dəstək oldu. Yanacağın
verilməsi, qidaların Naxçıvana göndərilməsi, bütün bu məsələlər
qardaş Türkiyənin Azərbaycana, o cümlədən Naxçıvana bir dəstəyi
idi.
Artıq müasir dövrdə Prezident İlham Əliyev və Prezident Rəcəb
Tayyib Ərdoğanın rəhbərliyi ilə yalnız Azərbaycan və Türkiyənin
münasibətləri yox, türk dünyasının birləşməsi, inkişafı, tərəqqisi
üçün çox vacib işlər görülür. Dünyada Azərbaycan və Türkiyə
birliyinə bənzər birlik, bərabərlik, qardaşlıq nümunəsi mövcud
deyil. Bu iki qardaş xalqları və dövlətləri tarixi köklər, təbii
bağlar bir-birinə sıx tellərlə bağlayır. Düşünürük ki, iki qardaş
dövlətin bütün sahələrdə – siyasi, iqtisadi, mədəni sahələrdəki
birgəliyi yalnız bölgə üçün yox, qlobal anlamda sülhü, tərəqqini,
inkişafı özündə ehtiva edir”, – deyə deputat qeyd edib.
Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun
Məmmədov isə Trend-ə açıqlamasında deyib ki, İğdırda
Azərbaycan və Türkiyə qardaşlığını daha da gücləndirən növbəti
mühüm layihənin icrası uğurla yekunlaşdı:
“Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev Türkiyəyə
səfər edərək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə
İğdır-Naxçıvan qaz kəmərinin iideobağlantı formatında açılışda
iştirak etdi. Dövlət başçısı çıxışında bir çox tarixi faktlara
istinad edərək tarix boyu Azərbaycan xalqının başına gətirilən
müsibətlərdən ətraflı bəhs etdi”.
Millət vəkili vurğulayıb ki, 1990-cı illərin əvvəllərində
Naxçıvan çox ağır vəziyyətdə idi.
“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bolşeviklərin
işğalı nəticəsində Azərbaycan və Türkiyə bir-birindən ayrı salındı,
Naxçıvan da blokada vəziyyətinə düşdü və o bölgənin əhalisi çox
ciddi çətinliklə üzləşdi. Bir tərəfdən Ermənistan bu torpaqları
işğal etmək üçün buraya hücumlar edir və digər tərəfdən isə ölkə
qazla bağlı çətinliklər yaşayırdı, Bakı ilə əlaqəsi kəsilmişdi.
Ermənilərin əsas məqsədi Naxçıvanı işğal edərək tarixi
torpaqlarımızı Ermənistana ilhaq etmək idi. Ulu Öndər Heydər Əliyev
Naxçıvana gəldikdən sonra Naxçıvanın müdafiəsini ciddi şəkildə
təşkil etdi, əhalinin prosesə cəlb edilməsi təmin olundu və
Naxçıvan işğaldan xilas oldu. Əgər o anda Ümummilli Lider Heydər
Əliyev gəlməsə idi, bəlkə də Naxçıvan Azərbaycandan ayrılmışdı, bu
gün yox idi”, – deyə C.Məmmədov fikrini tamamlayıb.