Bakı. Günaydın:
Honor Magic 7 və Magic 7 Pro güclü performansı, innovativ
kamerası və premium dizaynı ilə yeni nəsil flaqman smartfon
təcrübəsi təqdim edir. Bəs bu smartfonları bazarda xüsusi edən
nədir?
HONOR Magic 7 Pro IP69 standartına uyğun dizayn edilib. Cihaz
hətta qaynar suda belə funksionallığını itirmir. Arxa panel barmaq
izi buraxmayan mat şüşədən, çərçivə isə alüminiumdan hazırlanıb.
Rəng seçimləri arasında “boz ay”, “qrafit qara” və “zərif mavi”
çalarları mövcuddur.
Ekran altına yerləşdirilmiş barmaq izi skaneri bir qədər
yuxarıda yerləşdirildiyi üçün istifadəsi daha rahatdır. Hətta nəm
əllərlə belə skaner anında işləyir və bank proqramları üçün yüksək
tanınma səviyyəsinə malikdir.
OLED matrisi 6,8 düym diaqonala malikdir və 1-dən 120 Hz-ə qədər
yeniləmə sürətini dəstəkləyir. Gözlər üçün təhlükəsiz geniş
impulslu modulyasiya texnologiyasına sahib olan ekran 5000 nit
yüksək parlaqlıq və 450-dən çox PPI ilə aydın və gözoxşayan təsvir
təqdim edir.
HONOR Magic 7 Pro 50MP əsas kamera, 200MP periskop böyütmə
sensoru və 50MP ultra geniş bucaqlı sensora sahibdir. Ön kamera isə
50MP keyfiyyətində selfilər təqdim edir.
Süni zəka çəkiliş zamanı ən yaxşı kadrı seçmək, bulanıqlığı
aradan qaldırmaq və rəngləri optimallaşdırmaq imkanına malikdir.
AI, həmçinin portret rejimini təkmilləşdirir, istənməyən obyektləri
silir və gecə çəkilişlərinin keyfiyyətini artırır.
Belə ki, siz çəkiliş düyməsini basmadan yarım saniyə əvvəl və
yarım saniyə sonra silsilə fotoşəkillər çəkilir və daha sonra süni
zəkanın köməyi ilə şəkillərin bulanıqlığı və digər qüsurlar aradan
qaldırılaraq ən yaxşı kadr seçilir.
<!—->
<!––>
AI imkanları bununla məhdudlaşmır. HONOR Magic 7 Pro real vaxt
rejimində nitq tərcüməsi (11 dil dəstəyi), səsin mətnə çevrilməsi
və məqalə xülasələri kimi funksiyalar təklif edir.
Cihaz Qualcomm Snapdragon 8 Elite prosessoru ilə təchiz edilib.
12 GB RAM və 512 GB yaddaş ilə gündəlik və ağır yüklü tapşırıqları
asanlıqla yerinə yetirir.
5850 mAh tutumlu üçüncü nəsil silikon-karbon akkumulyatoru
sayəsində smartfon üç günə qədər istifadə edilə bilər. 100W adapter
ilə batareya yarım saat ərzində tam dolur.
Magic 7 modeli periskop kamerası olmadan, 50MP telefoto sensoru
ilə təqdim olunur. Buna baxmayaraq, Magic 7 də yüksək keyfiyyətli
foto və video çəkilişlər üçün güclü imkanlar təqdim edir.
HONOR Magic7 və HONOR Magic7 Pro smartfonunu artıq İrşad,
Kontakt Home, Soliton, Elit Optimal, MG Store, Umico, World
Telecom, Smart Electronics, Digital Home və Barkod mağaza
şəbəkələrindən, həmçinin Azercell, Bakcell və Nar mobil
operatorların diller mağazalarından əldə edə bilərsiniz. Qiymətlərə
gəldik də isə, HONOR Magic7 Pro 12GB/512GB-in qiyməti 2699.99 AZN,
HONOR Magic7 12GB/256GB-in qiyməti 2199.99 AZN təşkil edir. 31 mart
tarixinə qədər Magic7 Pro və Magic7 modelini alana HONOR Pad X9
planşetini hədiyyə olunacaq.