Bakı. Günaydın:
Aprelin 16-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
ilə ADA Universiteti arasında “Yaradıcı Mərkəz” layihəsi
çərçivəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sənədi ADA Universitetinin rektoru professor
Hafiz Paşayev və mədəniyyət naziri Adil Kərimli imzalayıblar.
<!—->
<!––>
Memorandum ADA Universiteti ilə “Yaradıcı Mərkəz” arasında
nəzəri və təcrübi biliklərin artırılması sahəsində əməkdaşlığı
ehtiva edir.
Qeyd edək ki, Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi
(Yaradıcı Mərkəz) Prezident İlham Əliyevin 22 iyul 2022-ci il
tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na dair
Tədbirlər Planının icrası məqsədilə 2024-cü ildə Mədəniyyət
Nazirliyi tərəfindən təsis olunub.