Bakı. Günaydın:
Türkiyə 2025-cü ilin fevral ayında Azərbaycana polad ixracını
2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz azalaraq 7 milyon
99 min 27 dollara çatdırıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat
verilib.
2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana
polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,1
faiz azalaraq,16 milyon 671 min 79 dollara bərabər olub.
<!—->
<!––>
Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin
dünya bazarlarına polad ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə
0,2 faiz artaraq, 2 milyon 493 min 484 dollara bərabər olub.
“Bu ilin fevral ayında Türkiyə 1 milyon 242 min 480 dollar
məbləğində polad ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə
müqayisədə 9,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025)
Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib.