Bakı. Günaydın:
“Formula-1″in 2025-ci il mövsümünün Qran-prisi martın 16-da
Avstraliyada baş tutub.
Trend-in
məlumatına görə, Melburn şəhərində keçirilmiş Avstraliya
Qran-prisində qalib adını “McLaren” komandasından britaniyalı Lando
Norris qazanıb.
İkinci və üçüncü yerləri isə müvafiq olaraq, “Red Bull”
komandasından Maks Ferstappen və “Mercedes”dən Corc Rassel
tutublar.
<!—->
<!––>
Şəhər trasında keçirilmiş yarış yağışlı hava şəraitində baş
tutub. Altı pilot yarışa qatılmağı başa çatdıra bilməyib.
Xatırladaq ki, 24 yarışdan ibarət mövsümün 17-ci mərhələsi olan
Azərbaycan Qran-prisi sentyabrın 19-21-də baş tutacaq.