Bakı. Günaydın:
Almaniya gömrük orqanları İsveç vətəndaşından 13 minə yaxın
Dubay şokoladı müsadirə edib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, “Der Spiegel”in məlumatına görə, 51 yaşlı şəxs Çexiyadan
Almaniyaya daxil olarkən şokoladları gömrük orqanlarına bəyan
etmədən keçirməyə çalışıb.
Axtarış zamanı onun avtomobilində yalnız Dubay şokoladı deyil,
həm də 650 banka bal, müxtəlif kremlər, pastalar, saxta brend saat
qutuları, geyim və ayaqqabılar tapılıb.
<!—->
<!––>
Şəxs malları Bolqarıstandan aldığını iddia etsə də, sənədlərdə
onların Türkiyədən gətirildiyi qeyd olunub. O, idxal rüsumlarını
ödəyə bilmədiyinə görə “Əmtəə Nişanı” və “Dərmanlar haqqında”
qanunları pozmaqda, eləcə də vergi və rüsumdan yayınmaqda ittiham
olunur.
Təkcə şokoladların qeyri-qanuni idxalına görə onu 10 min avro
(təxminən 18 min 400 manat) cərimə gözləyir.