Bakı. Günaydın:
Azərbaycanın milli aviadaşıyıcısı AZAL 15 iyundan etibarən
Bakıdan Türkiyənin Adana və Mersin şəhərləri arasında yerləşən
Çukurova Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata
keçirəcək.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
marşrut üzrə uçuşlar həftədə 2 dəfə — cümə axşamı və bazar günləri
yerinə yetiriləcək. Yeni reys sərnişinlərə həm Adana, həm də qonşu
Mersin şəhərinə və digər ətraf bölgələrə rahat səyahət imkanı
yaradacaq.
<!—->
<!––>
Adana və Mersin Türkiyənin böyük şəhərləri sırasındadır və
turistlər üçün cəlbedici məkanlardır. Burada zəngin tarixi irsə
malik arxeoloji abidələr, təbii gözəlliklər və kurort zonaları
mövcuddur.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil
tətbiqi vasitəsilə, həmçinin AZAL-ın kassalarından və akkreditə
olunmuş agentliklərdən əldə etmək mümkündür.