Bakı. Günaydın:
Səbail və Nəsimi rayonlarında oğurluq və dələduzluqda şübhəli
bilinən şəxslər saxlanılıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Daxili İşlər
Nazirliyi məlumat yayıb.
Bildiirlib ki, Səbail rayonunda yerləşən evlərin birindən
oğurluq edilməsi və nəticədə zərərçəkənə 8400 manat maddi ziyan
vurulması barədə polisə məlumat daxil olub.
<!—->
<!––>
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 2 yeniyetmə müəyyən
olunaraq saxlanılıb.
Bundan başqa, Nəsimi rayonu ərazisində bir nəfərin 5000 manatını
dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən, əvvəllər məhkum
olunmuş, dələduzluğa görə axtarışda olan 49 yaşlı R.Rüstəmovun
saxlanılması da təmin edilib.
Araşdırmalar aparılır.