Bakı. Günaydın:
Əfqanıstanda ABŞ qüvvələrinin tərk etdiyi silahlar Pakistanda
terror aktlarında istifadə edilir.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə Pakistanın ədliyyə naziri Aqil Malik bildirib.
“Pakistanda Əfqanıstan torpaqlarından gələn və xüsusilə ABŞ-dən
qalan silahlardan istifadə edilməklə törədilən hadisələr baş
verib”, – deyə nazir vurğulayıb.
<!—->
<!––>
Onun sözlərinə görə, terrorçular son olaraq Pakistanın
qərbindəki Hayber-Paxtunxva əyalətinə hücum zamanı məhz ABŞ
silahlarından istifadə ediblər.
Qeyd edək ki, bundan əvvəl Pakistan hökuməti “Taliban”ı ölkə
ərazisində möhkəmlənməyə və avanpost yaratmaq cəhdində ittiham
etmişdi.