Gunaydin.azGunaydin.az
  • Ana Səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Daha çox
    • Cəmiyyət
    • Səhiyyə
    • İdman
    • Sosial
    • Dünya
    • İKT
    • Vakansiya
    • Türk Dünyası
    • Mədəniyyət
    • Günaydın TV
    • Köşə Yazısı
    • Müsahibə
    • Analitika
    • Digər
    • Axtarış
  • Yaddaş
Axtar
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur.
Oxunur: Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir (FOTO)
Paylaş
Giriş
Font Ölçüsünü DəyişAa
Font Ölçüsünü DəyişAa
Gunaydin.azGunaydin.az
Axtar
  • Ana səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Səhiyyə
  • İdman
  • Sosial
  • Dünya
  • İKT
  • Vakansiya
  • Türk Dünyası
  • Mədəniyyət
  • Günaydın TV
  • Köşə Yazısı
  • Müsahibə
  • Analitika
  • Digər
  • Yaddaş
  • Əlaqə
Follow US
© 2024 Gunaydin.az. Bütün hüquqları qorunur
Gunaydin.az > Xəbərlər > Siyasət > Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir (FOTO)
Siyasət

Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir (FOTO)

Son yenilənmə: 20 Aprel 2025, 06:32
20 Aprel 2025
Paylaş
2 oxunma dəqiqəsi
Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir (FOTO)
Paylaş

Bakı. Günaydın:

Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti
deputat Ramid Namazovun rəhbərliyi altında 2025-ci il martın 6-8-də
Brüssel şəhərində işgüzar səfərdədir.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının NATO yanında
Nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, heyət Azərbaycan Respublikasının NATO yanında
Nümayəndəliyinin məsul şəxslərinin də iştirakı ilə NATO Parlament
Assambleyasının Katibliyində və NATO-nun mənzil-qərargahında
ikitərəfli görüşlər keçirib.

NATO Parlament Assambleyasının Katibliyinə səfər çərçivəsində
heyət qurumun Baş katibi, Müdafiə və təhlükəsizlik komitəsinin
direktoru, Demokratiya və təhlükəsizlik komitəsinin direktoru,
Siyasi komitənin direktoru və Elm və texnologiya komitəsinin
direktoru ilə görüşlər keçirib. Görüşlər zamanı Azərbaycanla NATO
arasında əməkdaşlığın parlamentlərarası müstəvidə inkişafına dair
məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Nümayəndə heyətinin NATO-nun mənzil-qərargahında keçirilən
görüşləri çərçivəsində Təşkilatın İctimai diplomatiya idarəsinin
Əlaqələr bölməsinin rəhbəri, Siyasi məsələlər və təhlükəsizlik
siyasəti idarəsinin tərəfdaşlıq və qlobal məsələlər bölməsinin
direktoru və həmin idarənin Tərksilah və kütləvi qırğın
silahlarının yayılmaması bölməsinin Silahlara nəzarət şöbəsinin
rəhbəri ilə NATO-Azərbaycan əlaqələrinə dair ətraflı fikir
mübadiləsi aparılıb.

Görüşlər zamanı Azərbaycan-NATO tərəfdaşlığının 30-cu ildönümü
çərçivəsində 2024-cü il üzrə əməkdaşlıq böyük məmnuniyyətlə
qarşılanıb, Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində
Azərbaycan-NATO tərəfdaşlığı, Azərbaycanın NATO-nun rəhbərlik
etdiyi sülhməramlı əməliyyatlara və Avropanın enerji
təhlükəsizliyinə töhfəsi yüksək qiymətləndirilib. Görüşdə həmçinin
Azərbaycanın nəqliyyat infrastrukturunun qlobal nəqliyyat
xəritəsində rolundan bəhs edilib.

Azərbaycan nümayəndə heyəti Silahlara nəzarət şöbəsinin rəhbəri
rəhbəri ilə görüşü zamanı Azərbaycanın üzləşdiyi mina problemi və
onun həlli istiqamətində NATO-nun maliyyə və texniki yardımı,
həmçinin müasir texnologiyaların öyrənilməsi və yeni metodların
tətbiqi kimi məsələlər müzakirə edilib. 2020-ci ilin noyabrından
bugünədək 383 mülki vətəndaşımızın mina partlamaları nəticəsində
həlak olması və ya yaralanması, minaların keçmiş məcburi
köçkünlərin doğma yurdlarına qayıdışını və həmin ərazilərdə
bərpa-yenidənqurma işlərinin aparılmasını ciddi şəkildə ləngitməsi,
eləcə də minaların humanitar, iqtisadi və ekoloji fəsadlarından
ətraflı şəkildə məlumat verilib.

Bundan əlavə, tərəflər arasında humanitar minatəmizləmə
sahəsində qarşılıqlı təcrübə mübadiləsi də geniş şəkildə müzakirə
edilib.

NATO mənzil-qərargahına səfəri çərçivəsində nümayəndə heyəti
həmçinin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyini də
ziyarət edib.

Bunları bəyənə bilərsiniz

Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

Azərbaycan XİN Aregentinaya başsağlığı verib

Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər

Birinci vitse-prezident Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib (FOTO)

Bakı diqqətlə izləyir: Avropa İttifaqı indi nə etmək istəyir?

Xəbəri Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Linki Kopyala Çap
Paylaş
Əvvəlki Xəbər Səhiyyə Nazirliyi tərəfindən “LASER BEAUTY ESTETİK KLİNİKASI” MMC-də yoxlama keçirilib Səhiyyə Nazirliyi tərəfindən “LASER BEAUTY ESTETİK KLİNİKASI” MMC-də yoxlama keçirilib
Sonrakı Xəbər Almaniya gömrüyü İsveç vətəndaşından minlərlə Dubay şokoladı müsadirə edib Almaniya gömrüyü İsveç vətəndaşından minlərlə Dubay şokoladı müsadirə edib
Şərhinizi yazın Şərhinizi yazın

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Dünya 23 Aprel 2025
“Bitcoin” dəyər itirdi - Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
“Bitcoin” dəyər itirdi – Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
İqtisadiyyat 23 Aprel 2025
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Cəmiyyət 23 Aprel 2025
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
İdman 23 Aprel 2025
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Digər 23 Aprel 2025
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Dünya 23 Aprel 2025
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
İqtisadiyyat 23 Aprel 2025
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Cəmiyyət 23 Aprel 2025
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
İdman 23 Aprel 2025
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Digər 23 Aprel 2025
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
İqtisadiyyat 22 Aprel 2025
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin olundu
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin olundu
Mədəniyyət 22 Aprel 2025
Zamiq Əliyevin komandası Albaniya çempionatında liderliyini qoruyur
Zamiq Əliyevin komandası Albaniya çempionatında liderliyini qoruyur
İdman 22 Aprel 2025
Bakıda taxta bazarı ərazisində yanğın olub (VİDEO)
Bakıda taxta bazarı ərazisində yanğın olub (VİDEO)
Digər 22 Aprel 2025

Günaydın.az Sosial Mediada

235.3kİzləyənlərBəyən
69.1kİzləyənlərİzlə
11.6kİzləyənlərPin
56.4kİzləyənlərİzlə
136kSubscribersAbunə ol
4.4kİzləyənlərİzlə
Gunaydin.azGunaydin.az
Follow US
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur. Yazı və media faylların paylaşılması zamanı istinad məcburidir
Günaydın!

Hesabınıza daxil olun

Şifrənizi unutmusunuz?