7 mart 2025-ci il tarixdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza
Mərkəzi tərəfindən Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy
Qutqaşınlı küçəsində fəaliyyət göstərən “LASER BEAUTY ESTETİK
KLİNİKASI” MMC-yə məxsus klinikada plandankənar yoxlama
keçirilib.
Bu barədə Trend-ə Səhiyyə
Nazirliyindən məlumat verilib.
Xatırladılır ki, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin
pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini
yerinə yetirmədiyi üçün “Laser Beauty Klinikası”nın həmin filial
üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə
dayandırılmış, müəssisəyə martın 12-dək nöqsanların aradan
qaldırılması üçün müddət qoyulmuşdu.
<!—->
<!––>
Lakin, orada tibbi prosedurların davam etdirilməsi barədə
məlumatlar alınıb. Bununla əlaqədar olaraq, baş həkim Rəna
Soltanovanın iştirakı və təqdim etdiyi sənədlər əsasında klinikada
Səhiyyə Nazirliyi tərəfindən yoxlama keçirilib.
Yoxlamanın nəticəsi olaraq, Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə müvafiq olaraq, “LASER
BEAUTY ESTETİK KLİNİKASI” MMC-yə inzibati xəta haqqında protokol
tərtib edilmiş və Səhiyyə Nazirliyinə növbəti icraata
göndərilmişdir.