Bakı. Günaydın:
2025-ci ilin yanvar-fevral ayları ərzində “Azərbaycan
Standartlaşdırma İnstitutu” (AZSTAND) publik hüquqi şəxs tərəfindən
“Standartlaşdırma haqqında” qanununa və qüvvədə olan digər
normativ-hüquqi aktların tələblərinə əsasən 29 yeni dövlət
standartı qəbul edilib.
Trend bu
barədə AZSTAND-dan məlumat əldə edib.
Məlumata görə, bu normativ sənədlər müxtəlif sahələr üzrə
ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı
proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və
keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların
rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların
tətbiqinə şərait yaradır.
1. Qida texnologiyası və kənd təsərrüfatı üzrə 12 dövlət
standartı qəbul edilib:
AZS 235:2025 “İçalat kolbasaları. Ümumi texniki şərtlər”
AZS 154:2025 “Pambıq mahlıcı. Yetişkənliyin müəyyən edilmə
metodları”
AZS 969:2025 (O*z DSt 632:2018) “Pambıq mahlıcı. Qüsur və zibil
qarışıqlarının müəyyən olunma metodları”
AZS 237:2025 “Konservləşdirilmiş ədviyyatlı qara zeytun. Texniki
şərtlər”.
AZS 204:2025 “Karamel tipli şərq şirniyyatları. Ümumi texniki
şərtlər”.
AZS 209:2025 “Meyvə lavaşı. Texniki şərtlər”.
AZS 228:2025 “Dondurma. Ümumi texniki şərtlər”.
AZS 326:2025 “Qurudulmuş ədviyyat qarışıqları. Texniki
şərtlər”.
AZS 315:2025 “Toyuq ətindən hisə verilmiş-bişirilmiş məhsullar.
Texniki şərtlər”.
AZS 212:2025 “Qatılaşdırılmış balqabaq şirəsi. Texniki
şərtlər”.
AZS ГОСТ 33336:2025 “Köpüklənən şərablar. Ümumi texniki
şərtlər”.
AZS 113:2025 “Tünd meyvə içkiləri. Ümumi texniki şərtlər”
2. Tikinti materialları üzrə 3 dövlət standartı qəbul
edilib:
AZS EN 1024:2025 “Kəsintili (hissə-hissə) döşənmə üsulu ilə
vurulan keramik dam örtüyü plitələri – Həndəsi xüsusiyyətlərin
təyini”.
AZS EN 1304:2025 “Keramik dam örtüyü plitələri və fitinqlər –
Məhsula dair anlayışlar və xüsusiyyətlər”.
AZS EN 12201-1:2025 “Su təchizatı, drenaj və təzyiqli tullantı
suları üçün plastik boru kəməri sistemləri – Polietilen (PE) –
Hissə 1: Ümumi tələblər”.
3. İnformasiya, telekommunikasiya və elektrotexnika
sahələri üzrə 4 dövlət standartı qəbul edilib:
AZS EN 30-2-1:2025 “Qaz ilə işləyən məişət mətbəx texnikası – 2
– 1-ci hissə: Enerjidən səmərəli istifadə – Ümumi”.
AZS EN 15218:2025 “Yerləşgələrin soyudulması üçün buxarlandırıcı
ilə soyutma kondensatorlu və intiqallı kompressorlu kondisionerlər
və mayeli soyuducu aqreqatlar – Terminlər, təriflər, sınaq
şərtləri, sınaq üsulları və tələblər”
AZS ISO/IEC 27701:2025 “Təhlükəsizlik üsulları – Fərdi məlumatların
idarə edilməsi ilə bağlı ISO/IEC 27001 və ISO/IEC 27002
standartlarına əlavə – Tələblər və təlimatlar”.
AZS IEC 62512:2025 “Məişət qurutma funksiyalı elektrik paltaryuyan
maşınlar – Effektivliyin ölçülmə üsulları”.
4. Neft-qaz və əlaqəli texnologiyalar üzrə 5 dövlət
standartı qəbul edilib:
1. AZS 446:2025 “Benzin mühərrikləri və universal motorlar üçün
yağlar. Texniki şərtlər”
2. AZS ГОСТ 20502:2025 “Yağlar və onlar üçün aşqarlar.
Korroziyaya uğramanın təyini üsulları”
3. AZS 449:2025 “Soyuducu maşınlar üçün yağlar. Texniki
şərtlər”.
<!—->
<!––>
4. AZS 448:2025 “Sənaye yağları Texniki şərtlər”.
5. AZS 589:2025 “T-1500 – 30 və T-1500 – 45 markalı
transformator yağları Texniki şərtlər”.
5. Ətraf mühit üzrə 2 dövlət standartı qəbul
edilib:
AZS ISO 16075-1:2024 “Təmizlənmiş tullantı sularının suvarma
layihələrində istifadəsi üzrə təlimatlar. Hissə 1: Suvarma üçün
suyun təkrar istifadə layihəsinin əsas prinsipləri”.
AZS ISO 12846:2025 “Suyun keyfiyyəti – Civənin təyini –
Zənginləşdirmə ilə və zənginləşdirmədən atom absorbsiya
spektrometrindən (AAS) istifadə üsulu”.
6. Nəqliyyat sahəsi üzrə 3 dövlət standartı qəbul
edilib:
AZS ECE 83:2025 “Mühərrikin yanacaq tələblərinə uyğun olaraq
çirkləndiricilərin emissiyası ilə bağlı nəqliyyat vasitələrinin
təsdiqinə dair vahid müddəalar”
AZS ECE 100:2025 “Elektrik ötürücülərinə dair xüsusi tələblərlə
bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”.
AZS ECE 101:2025 “Karbon 4-oksidin həcminin və yanacaq sərfinin
və/və ya elektrik enerjisinin və elektrik diapazonunun ölçülməsi
ilə bağlı yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən,
yaxud hibrid elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən
minik avtomobillərinin, həmçinin elektrik enerjisinin sərfinin və
elektrik diapazonunun ölçülməsi baxımından yalnız elektrik
ötürücünün köməyi ilə hərəkətə gətirilən M1 və N1 kateqoriyalı
nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”
22 dövlət standartının dövrü yoxlanılması aparılıb və ya
dəyişikliklər edilib:
AZS 468-2011 “Qarışıq meyvə nektarları. Rəhbər göstərişlər”.
AZS 446:2010 “Benzin mühərrikləri və universal motorlar üçün
yağlar. Texniki şərtlər”.
AZS 449:2010 “Soyuducu maşınlar üçün yağlar. Texniki şərtlər”.
AZS 448:2010 “Sənaye yağları. Texniki şərtlər”.
AZS 589:2011 “T-1500-30 və T-1500-45 markalı transformator yağları.
Texniki şərtlər”.
AZS 235:2006 “İçalat kolbasaları. Ümumi texniki şərtlər”.
AZS 154:2005 “Pambıq mahlıcı. Yetişkənliyinin müəyyən edilmə
metodları”.
AZS ECE 83:2024 “Mühərrikin yanacaq tələblərinə uyğun olaraq
çirkləndiricilərin emissiyası ilə bağlı nəqliyyat vasitələrinin
təsdiqinə dair vahid müddəalar”.
AZS ECE 100:2024 “Elektrik ötürücülərinə dair xüsusi tələblərlə
bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”.
AZS ECE 101:2024 “Karbon 4-oksidin həcminin və yanacaq sərfinin
və/və ya elektrik enerjisinin və elektrik diapazonunun ölçülməsi
ilə bağlı yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən,
yaxud hibrid elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən
minik avtomobillərinin, həmçinin elektrik enerjisinin sərfinin və
elektrik diapazonunun ölçülməsi baxımından yalnız elektrik
ötürücünün köməyi ilə hərəkətə gətirilən M1 və N1 kateqoriyalı
nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”.
AZS 237-2006 “Konservləşdirilmiş ədviyyatlı qara zeytun. Texniki
şərtlər”.
AZS 204-2006 “Karamel tipli şərq şirniyyatları. Ümumi texniki
şərtlər”.
AZS 209-2006 “Meyvə lavaşı. Texniki şərtlər”.
AZS 228-2006 “Dondurma. Ümumi texniki şərtlər”.
AZS 326-2008 “Qurudulmuş ədviyyat qarışıqları. Texniki
şərtlər”.
AZS 806-1-2014 “Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün
plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 1: Ümumi
tələblər”.
AZS 564:2011 “Torpağın keyfiyyəti – torpağı qeydiyyata almaq üçün
format və ərazi haqqında məlumat” dövlət standartının dövri
yoxlanılması aparılaraq 1 saylı dəyişiklik edilmişdir.
AZS 269-2007 (ГОСТ 17.2.1.01-76) “Təbiəti mühafizə. Atmosfer.
Tullantıların tərkibi üzrə təsnifat”.
AZS 315-2008 “Toyuq ətindən hisə verilmiş – bişirilmiş məhsullar.
Texniki şərtlər”.
AZS 212-2006 “Balqabaq balı. Texniki şərtlər”.
AZS 066-2001 “Köpüklənən şərablar. Ümumi texniki şərtlər”.
AZS 113-2003 “Tünd meyvə içkiləri. Ümumi texniki şərtlər”.
19 dövlət standartı ləğv edilib:
AZS 446:2010 “Benzin mühərrikləri və universal motorlar üçün
yağlar. Texniki şərtlər”.
AZS 449:2010 “Soyuducu maşınlar üçün yağlar. Texniki şərtlər”.
AZS 448:2010 “Sənaye yağları. Texniki şərtlər”.
AZS 589:2011 “T-1500-30 və T-1500-45 markalı transformator yağları.
Texniki şərtlər”.
AZS 235:2006 “İçalat kolbasaları. Ümumi texniki şərtlər”.
AZS 154:2005 “Pambıq mahlıcı. Yetişkənliyinin müəyyən edilmə
metodları”.
AZS ECE 83:2024 “Mühərrikin yanacaq tələblərinə uyğun olaraq
çirkləndiricilərin emissiyası ilə bağlı nəqliyyat vasitələrinin
təsdiqinə dair vahid müddəalar”.
AZS ECE 100:2024 “Elektrik ötürücülərinə dair xüsusi tələblərlə
bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”.
AZS ECE 101:2024 “Karbon 4-oksidin həcminin və yanacaq sərfinin
və/və ya elektrik enerjisinin və elektrik diapazonunun ölçülməsi
ilə bağlı yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən,
yaxud hibrid elektrik ötürücünün köməyi ilə hərəkətə gətirilən
minik avtomobillərinin, həmçinin elektrik enerjisinin sərfinin və
elektrik diapazonunun ölçülməsi baxımından yalnız elektrik
ötürücünün köməyi ilə hərəkətə gətirilən M1 və N1 kateqoriyalı
nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”.
AZS 237-2006 “Konservləşdirilmiş ədviyyatlı qara zeytun. Texniki
şərtlər”.
AZS 204-2006 “Karamel tipli şərq şirniyyatları. Ümumi texniki
şərtlər”.
AZS 209-2006 “Meyvə lavaşı. Texniki şərtlər”.
AZS 228-2006 “Dondurma. Ümumi texniki şərtlər”.
AZS 326-2008 “Qurudulmuş ədviyyat qarışıqları. Texniki şərtlər”
AZS 806-1-2014 “Su təminatı, drenaj və təzyiqli kanalizasiya üçün
plastik boru kəmərləri sistemi. Polietilen (PE). Hissə 1: Ümumi
tələblər”.
AZS 315-2008 “Toyuq ətindən hisə verilmiş – bişirilmiş məhsullar.
Texniki şərtlər”.
AZS 212-2006 “Balqabaq balı. Texniki şərtlər”.
AZS 066-2001 “Köpüklənən şərablar. Ümumi texniki şərtlər”.
19. AZS 113-2003 “Tünd meyvə içkiləri. Ümumi texniki
şərtlər”.
Sahibkarların sifarişi əsasında 30 texniki şərt hazırlanıb,
ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.