Bakı. Günaydın:
Abşeron rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə
məşğul olan şəxslər barəsində polisə məlumat daxil olub.
Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
<!—->
<!––>
Məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə bu əməldə şübhəli bilinən A.Məmmədxanov və
F.Ağayev müəyyən olunaraq saxlanılıblar.
Onlardan ümumilikdə 4 kiloqrama yaxın narkotik vasitə olan
marixuana aşkar edilərək götürülüb.