Bakı. Günaydın:
Azərbaycanın yeniyetmə cüdoçuları Xorvatiyanın Poreç şəhərində
keçirilən Avropa Kubokunda daha 2 medal qazanıblar.
Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, Mədinə Hüseynova (40
kq) və Xədicə Abdullayeva (44 kq) bürünc medala layiq
görülüblər.
<!—->
<!––>
Beləliklə, cüdoçularımızın Avropa Kubokunda qazandıqları
medalların sayı 3-ə çatıb. Daha əvvəl Aysun Məmmədova (52 kq)
yarışın qızıl medalını əldə etmişdi.
Qeyd edək ki, bu gün Avropa Kubokunda daha 5 cüdoçumuz tatamiyə
çıxacaq.