Gunaydin.azGunaydin.az
  • Ana Səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Daha çox
    • Cəmiyyət
    • Səhiyyə
    • İdman
    • Sosial
    • Dünya
    • İKT
    • Vakansiya
    • Türk Dünyası
    • Mədəniyyət
    • Günaydın TV
    • Köşə Yazısı
    • Müsahibə
    • Analitika
    • Digər
    • Axtarış
  • Yaddaş
Axtar
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur.
Oxunur: Bakı diqqətlə izləyir: Avropa İttifaqı indi nə etmək istəyir?
Paylaş
Giriş
Font Ölçüsünü DəyişAa
Font Ölçüsünü DəyişAa
Gunaydin.azGunaydin.az
Axtar
  • Ana səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Səhiyyə
  • İdman
  • Sosial
  • Dünya
  • İKT
  • Vakansiya
  • Türk Dünyası
  • Mədəniyyət
  • Günaydın TV
  • Köşə Yazısı
  • Müsahibə
  • Analitika
  • Digər
  • Yaddaş
  • Əlaqə
Follow US
© 2024 Gunaydin.az. Bütün hüquqları qorunur
Gunaydin.az > Xəbərlər > Siyasət > Bakı diqqətlə izləyir: Avropa İttifaqı indi nə etmək istəyir?
Siyasət

Bakı diqqətlə izləyir: Avropa İttifaqı indi nə etmək istəyir?

Son yenilənmə: 21 Aprel 2025, 18:32
21 Aprel 2025
Paylaş
11 oxunma dəqiqəsi
Bakı diqqətlə izləyir: Avropa İttifaqı indi nə etmək istəyir?
Paylaş

Bakı. Günaydın:

ABŞ-nin Avropa İttifaqı, NATO, Ukraynadakı münaqişə və
ümumiyyətlə, postsovet məkanındakı proseslərlə bağlı mövqeyinin
dəyişməsi ilə bağlı artan narahatlıqlar fonunda Avropa İttifaqı
ölkələrinin liderləri Brüsseldə fövqəladə müdafiə sammitinə
toplaşıblar. Görüşün əsas mövzusu ABŞ prezidenti Donald Trampın
Ukraynaya yardımı dayandırmaq barədə bəyanatları fonunda Avropanın
təhlükəsizliyinin gücləndirilməsi olub.

Trampla Volodimir Zelenski arasında Ağ Evdə keçirilən son görüş
vəziyyəti daha da gərginləşdirdi. Bu dialoq Avropanın
müttəfiqlərinə rahatlıq gətirmək əvəzinə, əksinə, onların ABŞ-nin
təhlükəsizlik məsələlərində Avropaya dəstəyini dayandıra biləcəyinə
dair narahatlıqlarını artırdı. Avropa liderlərinin əsəbləri tarıma
çəkilib və son günlər səsləndirilən bəyanatlar vəziyyətin
ciddiliyini açıq şəkildə ortaya qoyur.

Ukraynada üçillik genişmiqyaslı müharibədən sonra Vaşinqtondan
gələn narahat siqnallar Avropanı öz müdafiə imkanları barədə
düşünməyə vadar edib.

Sammit çərçivəsində Almaniya kansleri Fridrix Merts Avropanın
müdafiəsi üçün nüvə silahının birgə istifadəsi məsələsini müzakirə
etməyi təklif etdi. Bu ideya birmənalı qarşılanmasa da, Fransa
prezidenti Emmanuel Makron tərəfindən tez bir zamanda dəstək
qazandı.

Makron xalqa müraciətində Fransanın Avropa tərəfdaşlarına öz
nüvə “çətiri”ni təqdim etməyə hazır olduğunu vurğuladı və bildirdi
ki, qitə “tarixi dönüş nöqtəsi”nə çatıb. Polşa baş naziri Donald
Tusk bu addımı “Avropanın təhlükəsizliyində fundamental dəyişiklik”
adlandırdı.

Avropa Şurasının prezidenti Antoniu Koşta da Avropanın
“həlledici məqam”la üz-üzə qaldığını qeyd edərək Ukrayna və
kollektiv təhlükəsizlik məsələlərində strateji qərarların qəbul
edilməsinin vacibliyini vurğuladı.

Qitənin üzləşdiyi çağırışlara cavab olaraq Avropa Komissiyasının
sədri Ursula fon der Lyayen “ReArm Europe” adlı iddialı planı elan
etdi. Bu müdafiə paketi Aİ-nin hərbi potensialının geniş şəkildə
artırılmasını nəzərdə tutur.

“ReArm Europe” planı bir neçə əsas təşəbbüsü ehtiva edir. Aİ
ölkələrinə müdafiə xərclərini maliyyələşdirmək üçün milli büdcə
kəsirini artırmağa icazə veriləcək. Plan həmçinin hava hücumundan
müdafiə, raketdən müdafiə və pilotsuz uçuş aparatlarına qarşı
mübarizə sistemlərinin yaradılması üçün 150 milyard avroluq
kreditlərin ayrılmasını nəzərdə tutur. Ursula fon der Lyayenin
fikrincə, bu yanaşma kollektiv alış-veriş yolu ilə xərcləri
azaltmağa imkan verəcək.

Bundan əlavə, regional inkişaf fondlarından müdafiə ehtiyacları
üçün vəsaitlərin yönləndirilməsinə icazə veriləcək. Həmçinin Avropa
İnvestisiya Bankına hərbi layihələri maliyyələşdirmək hüququ
veriləcək. Ümumilikdə ReArm Europe planı qitənin müdafiə
potensialının gücləndirilməsi üçün 800 milyard avro vəsaitin
ayrılmasını nəzərdə tutur.

Optimist bəyanatlara baxmayaraq, “ReArm Europe” planı tənqidlərə
də məruz qaldı. Slovakiya baş naziri Robert Fitso Aİ strategiyasını
“reallıqdan uzaq” adlandıraraq, “güc vasitəsilə sülh” prinsipinin
uzunmüddətli sabitliyi təmin edə bilməyəcəyini bildirdi.

Macarıstanın baş naziri Viktor Orban isə daha da irəli gedərək
sammitin yekun sənədlərindən Ukrayna məsələsinin çıxarılmasını
tələb etdi. Daha əvvəl Kiyevə yardıma qarşı çıxan Orban ABŞ və
Aİ-nin mövqeləri arasında dərin uçurumun olduğunu bəyan etdi.

“Bir tərəf müharibənin davam etdirilməsində israr edir, digər
tərəf isə münaqişəni dayandırmağa çalışır”, – deyə Orban vurğuladı
və Macarıstanın Ukraynaya dəstək məsələsində neytral mövqe tutmaqda
davam edəcəyini bildirdi.

Avropa qarşısında seçim durur.

Avropa İttifaqının fövqəladə sammiti bir vacib tendensiyanı
ortaya qoydu – Avropa müstəqil müdafiə strategiyasına ehtiyac
duyduğunu anlayır. “ReArm Europe” proqramı tam şəkildə həyata
keçirilərsə, qitənin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə
artırmağa qadirdir. Bununla belə, hələ də bir sıra vacib suallar
qalır: Paris nüvə “çətiri”nin genişləndirilməsi məsələsində nə
qədər irəli gedəcək? Almaniya yeni maliyyə öhdəliklərinə
hazırdırmı? Və nə dərəcədə effektiv şəkildə Avropa ABŞ-ni öz
təhlükəsizliyinin qarantı rolunda əvəz edə biləcək?

Mövcud qeyri-müəyyənlik şəraitində Avropa ciddi seçim
qarşısındadır: ya sərhədlərinin müdafiəsi yükünü öz üzərinə
götürməli, ya da Vaşinqtonun mərhəmətini gözləməlidir: bu da müasir
reallıqlarda getdikcə daha riskli ssenariyə çevrilir.

Son vaxtlar Londonda keçirilən Avropa Müdafiə Sammiti ABŞ və
Ukrayna prezidentləri arasındakı danışıqların uğursuzluğunun
fonunda gözlənilməz, amma olduqca diqqətçəkən bir hadisəyə
çevrildi. Görüşdə bir sıra Aİ ölkələrinin liderləri, həmçinin Böyük
Britaniya və Kanada baş nazirləri, NATO baş katibi, Aİ
rəhbərliyinin nümayəndələri və Türkiyənin xarici işlər naziri
iştirak edirdi. Maraqlıdır ki, təşkilatçılar bu tərkibi “Avropa”
adlandırmağı məqbul saydılar, baxmayaraq ki, burada Avropaya aid
olmayan ölkələrin nümayəndələri də iştirak edirdi.

Belə bir sual yaranır: Əgər Zelenski ilə Tramp arasındakı görüş
uğurla nəticələnsəydi, bu sammit ümumiyyətlə zəruri olardımı? Çox
güman ki, AMS Avropa ölkələrinin ABŞ-dən dəstək gözləməyin mənasız
olduğunu anladıqdan sonra atdığı məcburi addım idi. Uzun müddət Aİ
öz müdafiə təşəbbüslərini yaratmağa tələsmədi və Vaşinqtonun
himayəsinə arxalandı. Lakin ABŞ-nin dəyişən siyasəti Avropanı
strategiyasını yenidən nəzərdən keçirməyə məcbur etdi.

İlk addımlar dərhal atıldı. Avropa ölkələrinin silahlanmasına
yüz milyardlarla avronun ayrılması barədə bəyanatlar səsləndi və
Fransa prezidenti Emmanuel Makron nüvə yayındırıcılığı
konsepsiyasının ümumavropa səviyyəsinə keçirilməsini təklif etdi.
Hazırda əsas sual bu vəsaitlərin hara yönəldiləcəyidir. Bu pullar
Avropanın müdafiə qabiliyyətini gücləndirmək üçün qitədə qalacaqmı,
yoxsa yenidən okeanın o tayına – ABŞ-nin hərbi-sənaye kompleksinə
yönləndiriləcək? Bundan da vacibi, Avropa silahlı qüvvələrinin
formalaşması məsələsidir – onlar NATO-dan müstəqil şəkildə, yoxsa
onun “çətiri” altında, lakin ayrıca komandanlıqla yaradılacaq?

Hazırda suallar cavablardan daha çoxdur. Avropa siyasəti tez-tez
gözlənilməzliklərlə doludur və hazırkı müzakirələrin nəticəsi ya Aİ
ölkələrindən ibarət tamhüquqlu hərbi blokun yaradılması, ya da
Brüsselin bürokratik bataqlığında növbəti uğursuzluq dalğası ola
bilər. ABŞ, Kanada, Rusiya və Belarusun üzv olmadığı Avropa Siyasi
Birliyinin nümunəsi göstərdi ki, Avropanın xarici oyunçular olmadan
birləşməsi mümkündür – ancaq bu, heç də həmişə səmərəli olmur.

Aydın olan bir həqiqət var – Avropa müstəqil müdafiə
strategiyası istiqamətində aktiv addımlar atmağa başlayıb.

Son iki ildə Avropa İttifaqı Cənubi Qafqazda təsirini
gücləndirmək üçün nəzərəçarpacaq səylər göstərib. Lakin bu
addımların nəticələri birmənalı olmayıb və regionda mümkün Avropa
hərbi blokunun formalaşması ilə bağlı ciddi müzakirələrə səbəb
olub. Regionun əsas ölkələrindəki vəziyyət və geosiyasi balansın
perspektivlərinə nəzər salaq.

Aİ 2023-cü ilin fevralında Ermənistan-Azərbaycan sərhədində
vəziyyəti monitorinq etmək üçün Ermənistana Avropa Mülki Missiyası
göndərdi. Missiyanın tərkibində 22 Aİ ölkəsindən 100-ə yaxın
mütəxəssis iştirak edir. Ermənistanın təhlükəsizliyini gücləndirmək
məqsədilə Avropa Sülh Fondu vasitəsilə Yerevana hərbi yardım aktiv
şəkildə göstərilir. Məsələn, 2023-cü ildə Brüssel Ermənistanın
müdafiə imkanlarını yaxşılaşdırmaq üçün 10 milyon avroya qədər
vəsaitin ayrılmasını təsdiqlədi. Aİ həmçinin, Ermənistanda Qərb
narrativlərinin yayılması məqsədilə yerli QHT-lər və media
qurumlarını cəlb etməklə fəal iş aparır.

Tarixən Avropayönlü kurs və 2022-ci ilin martında Aİ-yə üzvlük
üçün müraciət etməsinə baxmayaraq, Brüsselin Tbilisi ilə
münasibətləri pisləşib. Aİ Gürcüstan hökuməti ilə əlaqəni faktiki
olaraq itirib və buna səbəb daxili siyasət məsələləri və Moskvanın
artan təsiri olub. Brüsselin Gürcüstan hökumətinə təzyiq göstərmək
üçün müxalifət və vətəndaş cəmiyyətinə dəstək vermək cəhdləri
nəzərəçarpacaq dəyişikliklərə səbəb olmayıb. Aİ Gürcüstandakı artan
etirazlar və ölkədəki qeyri-sabitlik fonunda bu ölkə ilə qarşılıqlı
əlaqə üçün konkret strategiya işləyib hazırlaya bilməyib.

Bakı Aİ-nin müdafiə sahəsindəki təşəbbüslərinə təmkinli yanaşır
və əsasən enerji, nəqliyyat və infrastruktur sahələrində İtaliya,
Almaniya və Macarıstan kimi ayrı-ayrı Aİ ölkələri ilə praqmatik
əməkdaşlığa üstünlük verir. Azərbaycan Türkiyə ilə strateji
tərəfdaşlığını fəal şəkildə inkişaf etdirir ki, bu da etibarlı
hərbi-siyasi dayaq rolunu oynayır. Bu əməkdaşlıq çərçivəsində
2021-ci ilin iyun ayında Şuşada imzalanan Şuşa Bəyannaməsi müdafiə
sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.

Aİ-nin Cənubi Qafqazda tamhüquqlu hərbi blok yaratmaq cəhdləri
bir sıra maneələrlə üzləşir. Fransa Ermənistana dəstək göstərməklə
Aİ-nin regionda hərbi mövcudluğunu artırmağa çalışır. Lakin
Fransanın təsiri məhduddur və onun Ermənistana yardımı əsasən
qeyri-letal silah tədarükü və Azərbaycanla gərginliyin artırılması
ilə məhdudlaşır. Türkiyə regionda əsas oyunçudur və strateji
maraqlarını poza biləcək istənilən təşəbbüsə qarşı çıxır. Ankara və
Bakı ilə aktiv əməkdaşlıq Aİ-nin regionun hərbi arxitekturasına
müdaxiləsini çətinləşdirir. Əgər Aİ Cənubi Qafqaza “təhlükəsizlik
çətiri” yaymaq qərarına gəlsə, bu, qaçılmaz olaraq Rusiya və İranla
gərginliyin artmasına səbəb olacaq, çünki bu region ənənəvi olaraq
onların maraq dairəsi hesab olunur.

Region ölkələrinin Aİ təşəbbüslərinə yanaşması müxtəlif
aspektlərdə fərqlənir. Azərbaycan özünün çoxşaxəli xarici siyasət
kursuna sadiq qalır. Türkiyə ilə güclü müttəfiqliyini qoruyub
saxlamaqla yanaşı, Bakı İsrail və Pakistanla da yaxın tərəfdaşlıq
münasibətləri qurur ki, bu da regionda maraqlar balansını qorumağa
imkan verir. Eyni zamanda Azərbaycan Rusiya, Qazaxıstan və
Özbəkistanla müxtəlif iqtisadi və siyasi platformalar çərçivəsində
praqmatik əməkdaşlıq həyata keçirir və bu da onu Cənubi Qafqazda
sabit güc mərkəzinə çevirir.

Ermənistan rəsmi olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının üzvü olaraq qalır və Rusiya ilə hərbi-siyasi
müttəfiqliyini saxlayır. Bununla belə, İrəvan getdikcə daha aktiv
şəkildə Qərblə əməkdaşlığı inkişaf etdirir. 2023-cü ildə Fransa
Ermənistana hərbi texnika, o cümlədən hava hücumundan müdafiə
sistemləri və zirehli texnika tədarük edəcəyini açıqladı. Bununla
paralel olaraq ABŞ Ermənistanın təhlükəsizlik qüvvələrinə dəstək
məqsədilə təxminən 24 milyon dollar vəsait ayırdı. Ermənistan eyni
zamanda Hindistanla əlaqələrini dərinləşdirir və artilleriya
sistemləri ilə sursatların tədarükünə dair müqavilələr
imzalayıb.

Gürcüstan rəsmi şəkildə NATO və Aİ-yə üzv olmaq kursunu bəyan
etsə də, əslində bu proses dondurulmuş vəziyyətdədir. Baş nazir
İrakli Qaribaşvilinin hökuməti Rusiya və Qərbin maraqları arasında
balans saxlamağa çalışır ki, bu da ölkənin potensial münaqişəyə
cəlb olunmaması üçün əsas strategiyadır.

Ankarada baş tutan son məsləhətləşmələr Azərbaycan və Türkiyə
Prezidentləri arasında regional siyasətin formalaşmasında vacib
elementə çevrildi. Görüşdə tərəflər hərbi-texniki əməkdaşlığın
dərinləşdirilməsi, Zəngəzur nəqliyyat dəhlizi kimi böyük
infrastruktur layihələrinin həyata keçirilməsi və Aİ-nin regionda
artan aktivliyi fonunda regional təhlükəsizlik məsələlərini
müzakirə etdilər.

Proqnozlara gəldikdə, Azərbaycan və Gürcüstanın Avropa hərbi
blokunun yaradılması ilə bağlı təşəbbüslərə maraq göstərəcəyi
inandırıcı deyil.

Çünki belə bir addımın praktiki faydası demək olar ki, sıfıra
bərabər olmaqla yanaşı, Türkiyə və Rusiya ilə münasibətlərdə
gərəksiz suallar yarada bilər.

Digər tərəfdən, Ermənistanın müdafiə sahəsində Aİ ilə
əməkdaşlığı dərinləşdirməyə çalışacağı ehtimalı yüksəkdir. Bununla
belə, Ermənistanın iqtisadi zəifliyi, kadr çatışmazlığı və Rusiya
ilə hərbi-texniki asılılığı bu prosesin real imkanlarını xeyli
məhdudlaşdırır.

Geosiyasi vəziyyətin gərginləşdiyi və Avropanın özünə yönəlmiş
təhlükələrin artdığı şəraitdə Aİ Cənubi Qafqazda sabitliyi təmin
etmək imkanına malik olmaya bilər, xüsusilə də Türkiyə, Rusiya və
İran kimi əsas oyunçuların maraqları nəzərə alınmasa.

Kollektiv Qərb bunu əsla unutmamalıdır.

Bunları bəyənə bilərsiniz

Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

Azərbaycan XİN Aregentinaya başsağlığı verib

Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər

Birinci vitse-prezident Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib (FOTO)

Qadınlarımız cəmiyyətdə mühüm rol oynayır – Kamaləddin Qafarov

Xəbəri Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Linki Kopyala Çap
Paylaş
Əvvəlki Xəbər Martın 10-da təhsil müəssisələrində həftənin 4-cü gününə aid dərslər tədris olunacaq Martın 10-da təhsil müəssisələrində həftənin 4-cü gününə aid dərslər tədris olunacaq
Sonrakı Xəbər Donald Tramp ABŞ Konqresindəki Respublikaçılara hökumətin maliyyələşdirilməsini davam etdirməyi tövsiyə edib Donald Tramp ABŞ Konqresindəki Respublikaçılara hökumətin maliyyələşdirilməsini davam etdirməyi tövsiyə edib
Şərhinizi yazın Şərhinizi yazın

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Dünya 23 Aprel 2025
“Bitcoin” dəyər itirdi - Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
“Bitcoin” dəyər itirdi – Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
İqtisadiyyat 23 Aprel 2025
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Cəmiyyət 23 Aprel 2025
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
İdman 23 Aprel 2025
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Digər 23 Aprel 2025
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Dünya 23 Aprel 2025
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
İqtisadiyyat 23 Aprel 2025
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Cəmiyyət 23 Aprel 2025
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
İdman 23 Aprel 2025
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Digər 23 Aprel 2025
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
İqtisadiyyat 22 Aprel 2025
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin olundu
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin olundu
Mədəniyyət 22 Aprel 2025
Zamiq Əliyevin komandası Albaniya çempionatında liderliyini qoruyur
Zamiq Əliyevin komandası Albaniya çempionatında liderliyini qoruyur
İdman 22 Aprel 2025
Bakıda taxta bazarı ərazisində yanğın olub (VİDEO)
Bakıda taxta bazarı ərazisində yanğın olub (VİDEO)
Digər 22 Aprel 2025

Günaydın.az Sosial Mediada

235.3kİzləyənlərBəyən
69.1kİzləyənlərİzlə
11.6kİzləyənlərPin
56.4kİzləyənlərİzlə
136kSubscribersAbunə ol
4.4kİzləyənlərİzlə
Gunaydin.azGunaydin.az
Follow US
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur. Yazı və media faylların paylaşılması zamanı istinad məcburidir
Günaydın!

Hesabınıza daxil olun

Şifrənizi unutmusunuz?