Bakı. Günaydın:
Berlində solçu radikalların Bundesverin maşınlarını
yandırıblar.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Hadisə martın 8-nə keçən
gecə Şpandau rayonunda baş verib. Yanğını görən yoldan keçənlər
dərhal yanğınsöndürənlərə məlumat veriblər.
Sonradan Indymedia onlayn platformasında Agenda2029 adlı qrup
hücuma görə məsuliyyəti üzərinə götürüb və bir neçə nəfərin
avtomobillərin saxlandığı əraziyə daxil olaraq, maşınların yanına
yanan maye qoyduğunu göstərən video yayımlayıb.
<!—->
<!––>
Hadisə nəticəsində yeddi hərbi maşına ziyan dəyib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi İdarəsi tərəfindən araşdırma
aparılır.