LG şirkəti böyük ölçülü yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru LG UltraGear OLED 45GX90SA adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 3440×1440 piksel keyfiyyətli 45 düym ölçülü WOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 275 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Monitor özündə NVIDIA G-SYNC və AMD FreeSync Premium texnologiyalarının dəstəklərini birləşdirir.

Monitorun əsas xüsusiyyətlərindən biri odur ki, o, webOS əməliyyat sisteminə sahibdir. Bu isə öz növbəsində monitor sayəsində Apple TV, Netflix, Disney+ və Prime Video kimi tətbiqlərdən istifadə imkanını verir. Yəni sözügedən monitoru həmçinin smart televizor qismində istifadə etmək mümkündür. Monitor DisplayPort, HDMI 2.1, USB-C və USB 2.0 girişlərini əldə edib. LG UltraGear OLED 45GX90SA artıq satışa çıxıb və onun qiyməti 1699$ təşkil edir.