Gunaydin.azGunaydin.az
  • Ana Səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Daha çox
    • Cəmiyyət
    • Səhiyyə
    • İdman
    • Sosial
    • Dünya
    • İKT
    • Vakansiya
    • Türk Dünyası
    • Mədəniyyət
    • Günaydın TV
    • Köşə Yazısı
    • Müsahibə
    • Analitika
    • Digər
    • Axtarış
  • Yaddaş
Axtar
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur.
Oxunur: Çin Yer ilə Ay arasında ilk peyk əsaslı rabitə və naviqasiya sistemini yaradıb
Paylaş
Giriş
Font Ölçüsünü DəyişAa
Font Ölçüsünü DəyişAa
Gunaydin.azGunaydin.az
Axtar
  • Ana səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Səhiyyə
  • İdman
  • Sosial
  • Dünya
  • İKT
  • Vakansiya
  • Türk Dünyası
  • Mədəniyyət
  • Günaydın TV
  • Köşə Yazısı
  • Müsahibə
  • Analitika
  • Digər
  • Yaddaş
  • Əlaqə
Follow US
© 2024 Gunaydin.az. Bütün hüquqları qorunur
Gunaydin.az > Xəbərlər > İKT > Çin Yer ilə Ay arasında ilk peyk əsaslı rabitə və naviqasiya sistemini yaradıb
İKT

Çin Yer ilə Ay arasında ilk peyk əsaslı rabitə və naviqasiya sistemini yaradıb

Son yenilənmə: 21 Aprel 2025, 00:00
21 Aprel 2025
Paylaş
3 oxunma dəqiqəsi
main-post-cover
Paylaş
     Çin Yer və Ayın ətrafındakı uzaq orbitə qədər olan məkanda naviqasiya və rabitə peyk şəbəkəsinin yerləşdirilməsini başa çatdırıb. Bu o deməkdir ki, Yer və Ay ətrafındakı geniş məkanda kosmik aparatların təhlükəsiz və dəqiq hərəkəti təmin oluna bilər, həmçinin Ay səthində naviqasiya mümkün olacaq. Bu imkan Ayın və Marsın kolonizasiyası istiqamətində ilk praktik addımlar üçün yol açır və bunun əhəmiyyətini qiymətləndirmək çətindir. Cislunar-ın – Yerlə Ay arasında yerləşən və onların orbitlərini əhatə edən məkan – qarşıdakı onilliklərdə Günəş sisteminin ən aktiv bölgəsinə çevriləcəyi gözlənilir.

     Bu məkanda həm mülki, həm də hərbi əməliyyatlar üçün yeni raket mühərrikləri hazırlanır. Bu mühərriklər orbitlərin sürətlə dəyişdirilməsinə və yanacaq ehtiyatlarından asılı olmayaraq uzunmüddətli və sürətlənmiş hərəkətə imkan verməlidir. Eyni zamanda, bu məkan üçün xüsusi rabitə və naviqasiya sistemi də qurulur. Mühərriklər sahəsində hələ çətinliklər qalsa da, naviqasiya və rabitə sistemləri artıq işlək vəziyyətdədir, hərçənd ki, hələlik məhdud rejimdə. Çinin “cislunar” naviqasiya və rabitə peyk şəbəkəsi 3 peykə əsaslanır: DRO-L, DRO-B və DRO-A. DRO abbreviaturası “Ay ətrafında uzaq retroqrad orbit” mənasını verir – bu orbitlərdə peyklər yanacağa qənaətlə hərəkət edə bilirlər.
     DRO-B və DRO-A peykləri Yerdən 310-450 min km məsafəyə qədər uzaqlaşdırılıb. DRO-L isə 500 km hündürlükdə Yerə yaxın qütb orbitinə yerləşdirilib. Bu 3 peyk bir üçbucaq forması yaradaraq, üzərlərindəki atom saatları və ötürdükləri siqnallar vasitəsilə geniş məkanda naviqasiyanın həyata keçirilməsinə imkan verir. Qeyd olunmalıdır ki, DRO-B və DRO-A peyklərinin kosmosa buraxılması qəza ilə müşayiət olunub. Chang Zheng 2C raketinin sürətləndirici pilləsi sıradan çıxıb və peykləri nəzərdə tutulan trayektoriyaya çatdıra bilməyib. Bundan əlavə, ayrıldıqdan sonra hər iki peyk nəzarətsiz şəkildə saniyədə 1.8 dövr tezliyi ilə fırlanmağa başlayıb.

     Sentrifuqal qüvvə günəş panellərini dağıtmaq həddinə çatıb, onları ağlasığmaz bucaqlara qədər əymişdi. Çinli mütəxəssislərin peşəkarlığını göstərən məqamlardan biri odur ki, onlar ilk sutka ərzində peyklərin uçuşunu sabitləşdirməyə nail olublar. Hər iki aparat orbit düzəliş mühərrikləri vasitəsilə öz hədəf orbitlərinə çatdırılıb. Yanacağa qənaət etmək üçün mühərriklərin hər işə salınması Ayın cazibə impulsu nəzərə alınmaqla hesablanıb. 2024-cü ilin martında buraxılmış peyklər 5 ay müddətində təyinat nöqtəsinə çataraq avqustun sonuna qədər öz yerlərinə yerləşdiriliblər.
     Bu yaxınlarda Çin mediası bildirib ki, Ayətrafı məkan üçün nəzərdə tutulmuş rabitə və naviqasiya sistemi fəaliyyətə başlayıb. Artıq dəqiq naviqasiya üçün peyklərin bir-biri ilə 2 saatlıq siqnal mübadiləsi kifayət edir, halbuki əvvəllər bu proses Yerdəki müşahidəçilərin iştirakı ilə 2 gün çəkirdi. Şəbəkənin yaradıcıları bildiriblər: “Əvvəllər biz ulduzlara çatmaq istədiyimizi deyirdik. İndi isə faktiki olaraq uzaq kosmosa bir liman inşa edirik. Bu 3 peykdən ibarət şəbəkə Ayətrafı məkanda bir ‘mayak’ kimi fəaliyyət göstərir – o, gələcək Ay bazaları üçün istinad nöqtəsi ola, hətta Mars missiyaları üçün məlumat ötürmə kanalı kimi də xidmət edə bilər”.
Mənbə: South China Morning Post

Bunları bəyənə bilərsiniz

5 dəqiqəyə 520 km məsafəyə yetəcək qədər enerji yığan elektromobil batareyası təqdim edilib

İldırımötürücü özəlliyə sahib ilk dron hazırlanıb

Google DeepMind-ın rəhbəri süni zəkanın gələcəyi haqqında danışıb

Xüsusi implant vasitəsilə beyin dalğalarını təbii nitqə çevirmək mümkün olacaq

Gemini-nin Galaxy cihazlarına öncədən quraşdırılması üçün Google Samsung-a külli miqdarda vəsait ödəyirmiş

Xəbəri Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Linki Kopyala Çap
Paylaş
Əvvəlki Xəbər Əfqanıstanda qalan ABŞ silahları Pakistanda terror hücumlarında istifadə olunur
Sonrakı Xəbər BNMİ-dən növbəti əməliyyat: 32 kiloqram narkotik vasitə aşkarlandı (FOTO/VİDEO) BNMİ-dən növbəti əməliyyat: 32 kiloqram narkotik vasitə aşkarlandı (FOTO/VİDEO)
Şərhinizi yazın Şərhinizi yazın

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Siyasət 23 Aprel 2025
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Dünya 23 Aprel 2025
“Bitcoin” dəyər itirdi - Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
“Bitcoin” dəyər itirdi – Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
İqtisadiyyat 23 Aprel 2025
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Cəmiyyət 23 Aprel 2025
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
İdman 23 Aprel 2025
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Digər 23 Aprel 2025
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Siyasət 23 Aprel 2025
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Dünya 23 Aprel 2025
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
İqtisadiyyat 23 Aprel 2025
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Cəmiyyət 23 Aprel 2025
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
İdman 23 Aprel 2025
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Digər 23 Aprel 2025
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Siyasət 22 Aprel 2025
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
İqtisadiyyat 22 Aprel 2025

Günaydın.az Sosial Mediada

235.3kİzləyənlərBəyən
69.1kİzləyənlərİzlə
11.6kİzləyənlərPin
56.4kİzləyənlərİzlə
136kSubscribersAbunə ol
4.4kİzləyənlərİzlə
Gunaydin.azGunaydin.az
Follow US
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur. Yazı və media faylların paylaşılması zamanı istinad məcburidir
Günaydın!

Hesabınıza daxil olun

Şifrənizi unutmusunuz?