Bakı. Günaydın:
ABŞ prezidenti Donald Tramp, Konqresin Respublikaçılar
Partiyasının üzvləri tərəfindən federal hökumətin
maliyyələşdirilməsinin davam etdirilməsi ilə bağlı təklif olunan
qanun layihəsini dəstəkləyib.
Trend-in
məlumatına görə, Tramp bu barədə Truth Social-da paylaşım edib.
<!—->
<!––>
Tramp, müvəqqəti maliyyələşdirmə üçün “Nümayəndələr Palatasının
və Senatın çox yaxşı bir qanun layihəsi üzərində razılaşdığını”
söyləyib. “Bütün respublikaçılar gələn həftə “hə” deyə səs
verməlidirlər, zəhmət olmasa,” deyə Ağ Ev rəhbəri Konqresdəki
partiyadaşlarına müraciət edib.
“Demokratlar hökuməti bağlamaq üçün əllərindən gələni edəcəklər
və biz bunun baş verməsinə icazə verə bilmərik” dedi. Eyni zamanda,
Tramp respublikaçı qanunvericiləri “birlikdə qalmağa” və fərqli
fikirlərə yol verməməyə çağırıb. “Bu, çox vacibdir,” deyə Tramp
yekunlaşdırıb.