Gunaydin.azGunaydin.az
  • Ana Səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Daha çox
    • Cəmiyyət
    • Səhiyyə
    • İdman
    • Sosial
    • Dünya
    • İKT
    • Vakansiya
    • Türk Dünyası
    • Mədəniyyət
    • Günaydın TV
    • Köşə Yazısı
    • Müsahibə
    • Analitika
    • Digər
    • Axtarış
  • Yaddaş
Axtar
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur.
Oxunur: Instagram-da yeniyetmələrin hesabları süni zəka vasitəsilə təyin ediləcək
Paylaş
Giriş
Font Ölçüsünü DəyişAa
Font Ölçüsünü DəyişAa
Gunaydin.azGunaydin.az
Axtar
  • Ana səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Səhiyyə
  • İdman
  • Sosial
  • Dünya
  • İKT
  • Vakansiya
  • Türk Dünyası
  • Mədəniyyət
  • Günaydın TV
  • Köşə Yazısı
  • Müsahibə
  • Analitika
  • Digər
  • Yaddaş
  • Əlaqə
Follow US
© 2024 Gunaydin.az. Bütün hüquqları qorunur
Gunaydin.az > Xəbərlər > İKT > Instagram-da yeniyetmələrin hesabları süni zəka vasitəsilə təyin ediləcək
İKT

Instagram-da yeniyetmələrin hesabları süni zəka vasitəsilə təyin ediləcək

Son yenilənmə: 21 Aprel 2025, 00:00
21 Aprel 2025
Paylaş
3 oxunma dəqiqəsi
main-post-cover
Paylaş
     Meta Instagram-da yeniyetmələrin hesablarını süni zəka vasitəsilə daha sərt şəkildə nəzarətdə saxlayacaq. Məlumata əsasən bəzi hallarda sosial şəbəkə yetkinlik yaşına çatmamış istifadəçiləri müəyyən etmək üçün avtomatik olaraq hesab ayarlarını dəyişəcək – əgər istifadəçinin yaşını olduğundan böyük göstərdiyindən şübhələnərsə. 2024-cü ildən etibarən Instagram, istifadəçinin yaşını dolayı yolla müəyyən etmək üçün süni zəkadan istifadə edir. Məsələn, şəxsi mesajlarda 16 yaşla bağlı təbriklər bu əlamətlər sırasındadır. Sistem həmçinin davranış məlumatlarını da nəzərə alır, çünki yeniyetmələr adətən kontentlə oxşar şəkildə qarşılıqlı əlaqədə olurlar.

     Bundan əlavə, 18 yaşdan kiçik istifadəçilərin hesabları standart olaraq gizli olur və tanımadıqları şəxslər onlara şəxsi mesaj göndərə bilməzlər. Həmçinin, bu hesablar üçün müəyyən kontentin göstərilməsində məhdudiyyətlər tətbiq olunur. Meta indi yetkinlik yaşına çatmamış şəxslərin hesablarında yalan yaş göstərdikləri halları daha fəal şəkildə aşkar etməyə başlayacaq. Əgər süni zəka müəyyən etsə ki, hesab bir uşağa məxsusdur, Instagram avtomatik olaraq həmin hesabı məhdudiyyətli rejimə keçirəcək. Lakin şirkət etiraf edir ki, sistem səhv edə bilər, buna görə də əvvəlki ayarları fərdi şəkildə bərpa etmək imkanı saxlanılıb.
     Bildirilib ki, bu tədbirlər Meta-nın uşaqların qorunması ilə bağlı siyasətini tədricən sərtləşdirməsinin bir hissəsidir. Xüsusilə də Avropa Birliyi daha əvvəl şirkətin gənc istifadəçilərin təhlükəsizliyi üçün kifayət qədər tədbir görüb-görmədiyini araşdırmağa başladığından bu məsələ aktuallaşıb. Araşdırmalara səbəb isə sosial şəbəkədə azyaşlıların təqib edilməsi ilə bağlı məlumatlar olub – bu hadisələr ABŞ-da məhkəmə iddialarına da yol açıb. Bu arada, böyük texnoloji şirkətlər arasında internetdə uşaqların təhlükəsizliyinə görə məsuliyyət məsələsində vahid mövqe yoxdur.

     Məsələn, mart ayında Google, Yuta ştatında qəbul edilmiş qanundan sonra Meta-nı öz öhdəliklərini tətbiq mağazalarının üzərinə atmaqda ittiham edib. Həmin qanun 18 yaşa qədər şəxslərin valideyn icazəsi olmadan axşam saat 22:30-dan sonra və gecə saatlarında sosial şəbəkələrdən istifadəsini qadağan edir. Snap və X şirkətləri də bu mübahisəyə cəlb olunublar. Ümumilikdə, ekspertlər qeyd edirlər ki, istifadəçilərin yaşına nəzarətin sərtləşdirilməsi, tənzimləyici orqanların və ictimaiyyətin artan təzyiqləri fonunda məcburi bir addımdır. Eyni zamanda, süni zəkanın real yaşı nə dərəcədə dəqiq müəyyən edə biləcəyi və bunun adi istifadəçilər üçün narahatlıqlara səbəb olub-olmayacağı hələ də aydın deyil. Yeni funksiyanın sınaqları ABŞ-da başlayacaq.
Mənbə: The Verge

Bunları bəyənə bilərsiniz

Azercell və UiPath Azərbaycanda biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır

Kapital Bank beynəlxalq arenada: Bank Özbəkistanın ən böyük İT ekosistemi ilə tərəfdaş oldu

Orta büdcəli Honor X60 GT smartfonu təqdim olunub – QİYMƏTİ

7000 mAh-lıq batareyaya sahib büdcəli OPPO K12s smartfonu təqdim olunub – QİYMƏTİ

5 dəqiqəyə 520 km məsafəyə yetəcək qədər enerji yığan elektromobil batareyası təqdim edilib

Xəbəri Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Linki Kopyala Çap
Paylaş
Əvvəlki Xəbər Əfqanıstanda qalan ABŞ silahları Pakistanda terror hücumlarında istifadə olunur
Sonrakı Xəbər BNMİ-dən növbəti əməliyyat: 32 kiloqram narkotik vasitə aşkarlandı (FOTO/VİDEO) BNMİ-dən növbəti əməliyyat: 32 kiloqram narkotik vasitə aşkarlandı (FOTO/VİDEO)
Şərhinizi yazın Şərhinizi yazın

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Siyasət 23 Aprel 2025
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Dünya 23 Aprel 2025
“Bitcoin” dəyər itirdi - Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
“Bitcoin” dəyər itirdi – Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
İqtisadiyyat 23 Aprel 2025
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Cəmiyyət 23 Aprel 2025
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
İdman 23 Aprel 2025
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Digər 23 Aprel 2025
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Siyasət 23 Aprel 2025
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Dünya 23 Aprel 2025
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
İqtisadiyyat 23 Aprel 2025
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Cəmiyyət 23 Aprel 2025
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
İdman 23 Aprel 2025
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Digər 23 Aprel 2025
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Siyasət 22 Aprel 2025
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
İqtisadiyyat 22 Aprel 2025

Günaydın.az Sosial Mediada

235.3kİzləyənlərBəyən
69.1kİzləyənlərİzlə
11.6kİzləyənlərPin
56.4kİzləyənlərİzlə
136kSubscribersAbunə ol
4.4kİzləyənlərİzlə
Gunaydin.azGunaydin.az
Follow US
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur. Yazı və media faylların paylaşılması zamanı istinad məcburidir
Günaydın!

Hesabınıza daxil olun

Şifrənizi unutmusunuz?