Bakı. Günaydın:
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Ədliyyə
Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində
tədbir təşkil edilib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidməti
məlumat yayıb.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
nəzdində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə ərsəyə gələn
tədbirdə iştirak edən qonaqlar bu əlamətdar gün münasibətilə məhkum
qadınları təbrik edərək, Azərbaycan qadınının cəmiyyətimizin
həyatında oynadığı mühüm roldan bəhs ediblər. Çıxışlar zamanı
Azərbaycan qadınının bundan sonra da müstəqil respublikamızın
tərəqqisinə böyük töhfələr verəcəyinə əminlik ifadə olunub.
Daha sonra məhkum qadınlar onların görüşünə gəlmiş övladları ilə
birgə maraqlı və əyləncəli vaxt keçiriblər. Azyaşlılar
hazırladıqları açıqca və gül dəstələrini analarına təqdim edərək
onları bayram münasibətilə təbrik ediblər.
<!—->
<!––>
Animasiya qəhrəmanlarının iştirakı ilə uşaqlara musiqili şoular
təqdim olunub, onlar üçün əyləncə atraksionları təşkil edilib.
Uşaqların anaları ilə görüşünü yaddaqalan etmək məqsədilə
təlimçilər tərəfindən eko çantaların hazırlanması ilə bağlı
master-klass keçirilib.
Bayram tədbiri böyük maraq və sevinc hissi ilə qarşılanıb.